Universitetdə yoxlama aparıldı, materiallar prokurorluğa göndərildi

Universitetdə yoxlama aparıldı, materiallar prokurorluğa göndərildiNaxçıvan Dövlət Universitetində (Universitet) Azərbaycan Respublikası Hesablama Palatasının cari ilin İş planına əsasən aparılmış uyğunluq auditi 2021-2022-ci illəri əhatə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, audit dövründə ümumilikdə Universitetə 30910,6 min manat məbləğində vəsait daxil olub, 30480,2 min manat məbləğində vəsait icra edilib.

Universitetdə 737 ştat vahidi olmuş, həmin ştatların 362-ni rəhbərlik və aparıcı heyət, 375-ni professor-müəllim heyəti təşkil edib, təhsilin müxtəlif forma və səviyyələri üzrə auditin əhatə etdiyi dövrün əvvəli ilə müqayisədə sonunda tələbə kontingenti 14,1% artaraq 7376 nəfərə çatıb. Kontingentin 75,8%-ni bakalavr pilləsi əhatə edib, bütün təhsil pillələri üzrə cəmi tələbələrin 4,4%-i əcnəbi tələbələrdən ibarət olub.

Auditlə müəyyən edilib ki, qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunmayaraq Universitetin Nizamnaməsi hüquqi aktlarla təsdiq edilmiş Nümunəvi Nizamnaməyə uyğunlaşdırılmayıb, beləliklə də, Universitetin təşkilati-hüquqi forması təkmilləşdirilməmiş, müasir idarəetmə prinsipləri tətbiq olunmayıb.

Təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb. Belə ki, Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.

Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilib, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.

1 yanvar 2023-cü ilədək Universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6985,1 min manat az icra edilib. Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1159 tələbə üzrə 6069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə edib.

Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnib.

Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnmiş, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94,0 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.

Hesablanmış və ödənilmiş əmək haqqı məbləğlərinin uyğunluğunun təmin edilməsi fonunda məcburi orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanılmaması bəzi hallarda artıq məzuniyyət haqlarının ödənilməsi, bir sıra hallarda hüquqi aktların tələblərinin tam nəzərə alınmaması məcburi ödənişlərin tutulmaması ilə nəticələnib.

Auditlə əhatə edilən illərdə Universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verilib.

Auditlə əhatə edilən dövrdə Universitetdə mal iş və xidmətlərin alışı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilib

Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün və tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, 316,4 min manat dəyərində əskikgəlmə aşkar edilib, bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi maliyyə hesabatlarında zərər məbləğinin 2194,3 min manat təhrif olunması ilə nəticələnib.

Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 01 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1701,0 min manat debitor və 35688,0 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıqgəlmənin uçota götürüldüyü nəzərə alınıb.

Qərarda Nizamnamənin hüquqi aktların tələblərinə uyğun şəkildə yenidən hazırlanaraq təsdiq edilməsi, audit prosesində aparılmış inventarizasiya ilə aşkar edilmiş artıq gələn, həmçinin natura formasında bərpa edilmiş dəyəri göstərilməyən aktivlərin, həmçinin Sosial Xidmət Mərkəzinin binasının qiymətləndirilərək müvafiq qaydada uçota alınması və Nizamnamə fondunun məbləğində əks etdirilməsi, Naxçıvan Dövlət Universiteti Xəstəxanası və Naxçıvan Musiqi Kolleci üzrə xərclərin maliyyələşdirilməsinə dair hüquqi çərçivənin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi qeyd olunub.

Kollegiya Qərarına əsasən əvvəlki illərdə podratçılar tərəfindən təhvil verilməyən maddi qiymətlilər üzrə əskikgəlmələr, həmçinin təmir-tikinti işləri, eləcə də xüsusilə əcnəbi tələbələr və ikinci təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Baş Prokurorluğa göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2569   Tarix: 06 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr