Ali məktəbə qəbul olan şəhid qardaşı təhsilhaqqını ödəyə bilmir
Şəhid Polad Şirinovun qardaşı Zülfüqar Şirinov bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olub. Lakin tələbənin ailə büdcəsi təhsilhaqqını ödəməyə yetmir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O paylaşımında bildirib ki, Zülfüqar Şirinov şəhidimizin yeganə qardaşıdır: "Ən qısa zamanda 2000 manat ödəniş edilməlidir. 2020-ci ildə atasını itirib, anası xəstədir. Özü də hələ ki, işləyə bilmir. Şəhidimizin əmanətinə dəstək olaq. Qardaşımızın təhsil almasına, lütfən yardım edin".
Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) ilə əlaqə saxladıq. Təhsil ocağından saytımıza belə cavab verildi: "Yeni qəbul olmuş tələbələrin qeydiyyatı "online" şəkildə Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı üzərindən həyata keçirilir. Orada ödənişli əsaslarla qəbul olan tələbələr üçün iki seçim qoyulur. Belə ki, tələbə ya ödənişin 100%-ni, ya da 50%-ni ödəməlidir. Xüsusi imtiyazlı tələbələr olur ki, məsələn, sosial həssas qrupa daxil olan tələbələr ödənişdən azad olunurlar. Bunun üçün sosial qrupa daxil olmalarını təsdiq edən sənədi də portala əlavə edirlər. Sonradan onların ödənişini dövlət təmin edir. Sonrakı illərdə isə tələbələr ödənişlərini hissə-hissə edə bilərlər. Məsələn, ayda 10% ödəniş edə bilərlər. Onların müraciəti əsasında univeristetin rəhbərliyi tərəfindən bu imkan yaradılır".
Suraxanı Rayon İcra Hakimiyyətindən isə müraciətimizə cavab olaraq bildirildi ki, məsələ ilə bağlı məlumatlıdırlar: "Hazırda tərəfimizdən danışıqlar aparılır. Əlaqədar qurumlarla danışıqlar aparıb ödənişsiz təhsil alması ilə bağlı nəticə əldə etməyə çalışırıq".
Qeyd edək ki, şəhid Polad Şirinov 2022-ci il 13 sentyabrda düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "lll dərəcəli Rəşadət ordeni" və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3163 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr