2 milyonluq təmir - Nazirliyin qalib etdiyi şirkət kimindir?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhəri və respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "B.R.İ.S. Consulting" MMC seçilib. Təmir işlərinə 2 112 542,01 AZN xərclənəcək. Konkret hansı məktəblərin təmir ediləcəyi barədə isə heç bir məlumat yoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "B.R.İ.S. Consulting" MMC 1 sentyabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Şərifzəda küçəsi, ev 71, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Bəxtiyar Vahid oğludur.
"B.R.İ.S. Consulting" MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Bəxtiyar Hacıyevə gəlincə, o, həm də "Pro Technical Consulting" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 18 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. "Pro Technical Consulting" MMC də "B.R.İ.S. Consulting" MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır.
Yerli mediada gedən məlumatlardan aydın olur ki, "B.R.İ.S. Consulting" MMC vaxtilə əsasən Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olub. Lakin hazırda nazirliyin bu şirkətə sifarişləri barədə heç bir məlumata rast gəlinmir.
Ümumiyyətlə, dövlət satınalmalarının elektron portalında yalnız "B.R.İ.S. Consulting" MMC indi bəhs etdiyimiz tenderin qalibi olması barədə məlumat var. Halbuki yerli mediada şirkət az qala "tender kralı" kimi təqdim olunur. Görünür, şirkət haqqında neqativ məlumatlar dərci onun tenderlərdə iştirakına bir qədər ara verməsinə səbəb olub. Paralel olaraq keçmişi də açıq mənbələrdən silinib.
Bəxtiyar Hacıyevin digər şirkəti də tenderlərin fəal iştirakçısı olub. Lakin bu hələ ki, heç bir tenderdə qalib seçilməyib. 2021-ci ildə isə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə 95 649,62 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilə Xaçmaz rayonu, Palçıqoba kənd 360 şagird üçün nəzərdə tutulan tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı olub.
Sonda qeyd edək ki, yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Elm və Təhsil Nazirliyinin bu ərəfədə təmirə başlaması bir qədər maraqlı görünür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3503 Tarix: 07 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr