Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ - "Hər an faciə yaşana bilər" - VİDEO
Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.
BAKU.WS xəbər verir ki, istifadəyə verilən yolda yenidən çatlar əmələ gəlib.
Bu çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.
Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.
Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov AZTV-yə bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır:
"Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir.
Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3264 Tarix: 13 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr