Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir
Bu gün Səbuhi Əhmədovun şəhadətindən bir il keçir.
Sonxeber.az xəbər verir ki, Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Şəki şəhərində Fuad Əhmədovun ailəsində anadan olub.
Kiçik yaşlarından valideyn qayğısından məhrum olduğu üçün "SOS Uşaq Kəndləri"nin sakini olan şəhidimiz 2002-2013-cü illərdə Bakı şəhər 269 saylı tam orta məktəbdə orta təhsil alıb. Orta təhsilini aldıqdan sonra Bakı Qida Sənayesi Kollecində kollec təhsilini alıb.
Azərbaycan Ordusunun giziri olan Səbuhi Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın, Zəngilanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qarşısına qoyulan vəzifələri icra edərkən Suqovuşan qəsəbəsi istiqamətində ayaqlarından qəlpə yarası alıb, 7 gün xəstəxanada müalicə olunduqdan sonra müharibədə iştirakını davam etdirib. Zəngilan istiqamətində hərbçi yoldaşını xilas edərkən əli zədələnib. Ağdərə istiqamətində keçirilən hərbi əməliyyatlarda da iştirak edən Səbuhi Əhmədov əməliyyatlar zamanı baş nahiyəsindən qəlpə yarası alıb.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular