"Sentyabr döyüşlərindən 1 il ötür" - TƏHLİL
"Bu gün Azərbaycan Ordusunun sentyabr qələbəsindən bir il ötür. Erməni təxribatlarına cavab olaraq Ordumuz bu əməliyyatla yalnız Azərbaycanın sərhəd rayonlarını yox, bütövlükdə Cənubi Qafqazdakı sülh və əməkdaşlıq perspektivini sonrakı uzun bir neçə illik dövr üzrə daha böyük təhdidlərdən xilas etdi. Azərbaycan əsgəri əks həmlə ilə düşmənin şərti sərhədboyu qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edərək İrəvanın nəinki yenidən hücum, ümumilikdə müdafiə qabiliyyətini iflic etdi".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, möhtərəm Prezidentin ötən il, Zəfər Günü Şuşadan bəyan etdiyi kimi, "13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir".
"Bu gün Ermənistan təxribat niyyətlərindən hələ də əl çəkməyib və havadarları hesabına bölgədə güc balansını bərpa etməyə və revanş arzusunu reallaşdırmağa çalışır. Lakin İrəvan unutmamalıdır ki, heç bir səy və yardımın faydası yoxdur və bölgədə əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Ermənistanın yenidən bu ərazilərdə möhkəmlənməsinə imkan verməyəcək. Elə sentyabr hadisələri həm də bütün dünyaya əməli olaraq göstərdi ki, cənab İlham Əliyevin bəyan etdiyi kimi, "heç bir zəng, heç bir havadar, heç bir bəyanat Azərbaycanı dayandıra bilməz və heç kim bizim iradəmizə təsir göstərə bilməz".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular