Şəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTO

Şəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTO"Səbuhisiz bir il necə keçdi, bilmirəm. Elə hiss edirəm ki, hər dəqiqə yanımdadır. Uşaq evində olanda gözümüz qalırdı pəncərədə ki, nə vaxt buradan çıxacağıq? Kaş elə orada, amma yan-yana qalardıq. Çünki oradan çıxandan sonra biz dərk etdik ki, əsl həyat nə qədər çətin imiş".

Bu sözləri Oxu.Az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

O deyir ki, qardaşı barədə keçmiş zamanda danışmaq ona hər zaman ağırdır:

"Bu gün qardaşımla bərabər beş şəhidin anım günüdür. Sözün açığı, bir il o qədər tez gəldi keçdi ki, fikirləşirəm ki, necə yaşadım? Şəhid anaları, ataları ilə burada, məzar başında o qədər zaman keçirdik ki, elə bilirdim, qardaşım yanımdadır. Ürəyimin dərinliyində güləndə, ağlayanda, xoşladığı filmə baxanda elə bilirdim, yanımda oturub, mənimlə birgə baxır. Yoxluğunu hiss eləmədim. Qardaşımı da, məni də bu gün tək qoymadılar. Xalqımız sağ olsun, hər zaman dəstək oldu mənə. Bu elə bir itkidir ki, ailəmiz, əzizimiz olsun deyəndə kimsəmiz yox idi. İndi canımın parçasını itirdim, hamı bizə ailə yaxını kimi davranır".

Sənan qeyd edib ki, Səbuhi ilə həmişə evlərinin olmasını istəyiblər:

"Allaha hər gün deyirdim, məni qardaşımın yanında utandırmasın. Ata övladına istədiyini edə bilməyəndə necə boynubükük qalar, mən də Səbuhinin yanında eləyəm. Ona ailə mühiti yarada bilmədim, həyat bizi ayrı-ayrı yerlərə sovurdu. Allah bütün şəhidlərə rəhmət eləsin. Qardaşımdan sonra daha bir övladım oldu. Səbuhi qız uşaqlarını çox sevirdi. Mələk adından da xoşu gəlirdi. İkinci qızımın adını Mələk qoyduq. Qardaşım mələk oldu, qızım da onun mələyi olsun".

Sənan Əhmədov onu da qeyd edib ki, Xətai rayonu Əhmədli qəsəbəsində qardaşı Səbuhi Əhmədovun adını daşıyan küçə əsaslı təmir olunub.

Xatırladaq ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı ilə silahlı toqquşma baş verib. Azərbaycanın Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə səkkiz hərbi qulluqçu olmaqla ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini bildirib.

Müdafiə Nazirliyi növbəti günlərdə həyatını itirən hərbi qulluqçuların sayının artdığını elan edib. Ümumi nəticədə hərbi əməliyyatlar zamanı həyatını itirən hərbi qulluqçuların sayının 80, yaralananların - 282 olduğu bildirilib.

Şəhid Səbuhi Əhmədov SOS uşaq kəndində böyümüşdü.
Şəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTOŞəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTOŞəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTOŞəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTOŞəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTOŞəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTOŞəhid Səbuhi Əhmədovun qardaşı: "Canımın parçasını itirdim" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1711   Tarix: 13 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr