Xalq artistidən teatr direktoruna ağır sözlər: "Pulgir, rüşvətxor, quldur, üz qarasıdır"
İrəvan Dövlət Azərbaycan Dram Teatrının sabiq aktyoru Əjdər Zeynalov teatrın direktoru İftixar Piriyevi sərt tənqid edib.
Qaynarinfo xəbər verir ki, aktyor direktoru dövlətin, mədəniyyətin və omürlərini sənətə, teatra həsr edən sənətkarların qatı düşməni adlandırıb:
"Bu insan Azərbaycan qanunlarını saymır, ələ salıb gülür... Deyir ki, "hər şey pul ilə həll olunan ölkədə heç nədən qorxmuram". Bu insanın təfəkkürü də dövlət əleyhinə proqramlasıb".
Xalq artisti Ramiz Məlik də Əjdər Zeynalovu dəstəkləyib:
"Araşdırın görün haralarda işləyib, nə hoqqalardan çıxıb? Pulgir, rüşvətxor, mənsəbpərəst, quldur təfəkkürlü, Azərbaycan mədəniyyətinin üz qarası olan simadır. Onun İrəvan Teatrının yaranmasında heç bir əməyi olmayıb"-deyə sosial şəbəkədə bildirib.
Məsələ ilə bağlı İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevlə əlaqə saxladıq:
"Mənə onunla bağlı heç bir sual verməyin. Ramiz Məliklə bağlı bütün sulları Xalq artisti Məleykə Əsədovaya ünvanlayın. Nə yazıb özü bilər. Mən ona heç bir reaksiya bildirməyəcəyəm".
Direktor Əjdər Zeynalovun sosial şəbəkədə yazdığı ağır ittihamlara da cavab verib:
"Mən heç kəsin fikirlərinə münasibət bildirmirəm. Onlar mənim üçün maraqlı deyil, mənim üçün Allahın həqiqəti maraqlıdır. Qərəzli fikirlərə münasibət bildirmirəm. İndi demokratiyadır, kim nə istəyir deyir. Bizi tanıyan bilir ki, həqiqət belə deyil. Amma deyirlərsə, qoy həqiqəti və gerçəyi desinlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular