Bakıda iki təhsil müəssisəsindən ŞİKAYƏT: Direktor pul yığır - FOTO
Bakıdakı Məktəb-Lisey Kompleksinin və 267 nömrəli tam orta məktəbin direktorlarından şikayət var.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Valideynlər iddia ediblər ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva pul qarşılığında dərs növbələrini dəyişir:
"Üçüncü sinif rus bölmələrini ikinci növbəyə atır. Səbəb isə Azərbaycan növbəsində olan şagirdlərin əlavə məşğələlərə getməsinə pul qarşılığında şərait yaratmaqdır".
Eyni zamanda, iddia edilib ki, 267 nömrəli tam orta məktəbin direktoru Rəna Ağazadə uşaqların siniflərini dəyişdirib və təmir üçün valideynlərdən pul tələb edir.
Hər iki məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərin dərs günləri və növbəli iş rejimi müəssisənin layihə tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsinin Pedaqoji Şurasının verdiyi qərara əsasən tənzimlənir:
"Yeni tədris ilində Məktəb-Lisey Kompleksində bütün III siniflər üçün tədris prosesi II növbədə həyata keçiriləcək".
BŞTİ-dən əlavə edilib ki, 267 nömrəli tam orta məktəblə bağlı qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:
"Araşdırmanın nəticələri barədə məlumat veriləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2295 Tarix: 13 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr