Avtoqəzada həlak olan hərbçi Nihad Namazov dəfn edildi - YENİLƏNİB
Azərbaycan Ordusunun çətin relyefli dağlıq ərazidə baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu Nihad Namazov Tovuz rayonunun Qovlar şəhər qəbiristanlığında dəfn olunub.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, hərbçilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
12:12
Dünən çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Kamrəddin oğlu Namazovun nəşi Tovuz rayonunun Qovlar şəhərinə gətirilib.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, Nihad Namazovun nəşi artıq yaxınlarının yaşadığı evə gətirilib, onunla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rəsmilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edirlər. Vida mərasimindən sonra Nihad Namazov Tovuz rayon Qovlar şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, N.Namazov iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı, 18 yaşı var.
Xatırladaq ki, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov da həlak olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, onların hər birinə şəhidlik statusu veriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular