Narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahısı təsdiqlənəcək
Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahısı təsdiqlənir.
Sonxeber.az-ın xəbərinə görə, bu, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Təqdim edilən Qanun layihəsinə əsasən Qanunun adında və I maddəsində "edilməsi üçün kifayət edən" sözlərinin "edilməsinə əsas verən" sözləri ilə əvəz edilməsi təkmilləşdirmə xarakterli düzəlişi nəzərdə tutur.
Qanunun adında və I maddəsində "miqdarına, habelə onların külli miqdarına sözlərinin "xeyli, külli və xüsusilə külli miqdarlarına" sözləri ilə əvəz edilməsi, habelə "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar"ın yeni redaksiyada verilməsi isə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanmışdır.
Belə ki, həmin Qanuna əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə müvafiq maddələrə dəyişiklik edilərək satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Bundan başqa Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş Qanunda satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını əldə etmə, saxlama, hazırlamaya, habelə Cinayət Məcəlləsinin 235-ci, 237-ci və 240-ci maddələrində nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə də daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələr Cinayət Məcəlləsinə əlavə edilmişdir.
Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VIQD nömrəli Qanunun Keçid müddəalarına əsasən yuxarıda qeyd edilən əməllərə görə cinayət məsuliyyətini nəzərdə tutan müvafiq maddələrin, narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarının müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minməsi müəyyən edilmişdir.
Hazırda qüvvədə olan Siyahıda cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı və külli miqdarı (aşağı həddi) müəyyən edilmişdir. Təqdim olunan qanun layihəsində yeni redaksiyada verilmiş Siyahılarda cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, həmçinin tərkibində narkotik maddələr olan bitkilərin xeyli, külli və xüsusilə külli miqdarı müəyyən edilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular