Bu şagirdlər məktəbə buraxılmayacaq? - RƏSMİ AÇIQLAMA
Məktəbli formaları ilə bağlı daha bir problem ortaya çıxıb. Belə ki, bəzi məktəb direktorları valideynlərdən tələb edib ki, övladlarına məhz üzərində məktəbin loqosu olan geyimlər alsınlar.
Yeni tədris ilinə bir gün qalmış belə bir tələblə qarşılaşan valideynlər çıxılmaz durumda qalıblar. Bununla bağlı sosial şəbəkələrdə etiraz dolu paylaşımlar edən valideynlər loqolu geyim tələbinin anlamını çözə bilməyiblər.
Aydındır ki, məktəbli formalarının seçilməsi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən edilir.
Amma formanın üzərində məktəb loqosunun olmamasına görə şagirdin dərsə buraxılmaması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Bizim.media-ya danışan Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbin adının məktəbli formasının üzərində olmasının hər hansı bir ziyanı yoxdur:
"Loqo məktəblərin seçilməsi və ya bir-birilərini tanıması baxımından niyə də pis olsun ki? Bu, normal haldır və həmin loqo adi yapışqan kimi geyimin üzərinə vurula bilər. Bəzən loqo məktəbli geyiminin üzərinə tikilmir".
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov isə, ümumiyyətlə, loqolu məktəb forması istehsal etmədiklərini qeyd edib:
"Bizdə heç bir məktəbin loqosu hazırlanmır. Loqo məktəbin öz işidir və onu məktəb vurur. Bizdə loqo ilə məktəbli forması tikilmir. Nə də hansısa məktəbdən sifariş alırıq", - deyə Etibar Əzimov əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular