Baş nazirdən iki xəstəliklə bağlı qərar
İxtioz və bullyoz epidermolizli xəstələrin qeydiyyatı aparılacaq, həmin şəxslərin daim nəzarətdə saxlanılması üçün onların vahid elektron reyestri yaradılacaq.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamında əksini tapıb.
Sərəncamda qeyd edilib ki, ilk növbədə ixtioz və bullyoz epidermolizə qarşı mübarizə tədbirlərinin koordinasiyası aparılmalı, bu sahədə tərəfdaş olan müəssisə və təşkilatlar müəyyən edilərək işgüzar əlaqələr yaradılmalıdır. Bununla əlaqədar tərəfdaş müəssisə və təşkilatlar arasında icra sahələrinin bölgüsü aparılacaq, hər rübdə bir dəfədən az olmayaraq və ehtiyac olduqda əlavə olaraq onların iştirakı ilə iclaslar təşkil olunacaq və müzakirələr nəticəsində aşkar olunan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.
İxtioz və bullyoz epidermolizli xəstələrin qeydiyyatının aparılması, həmin şəxslərin daim nəzarətdə saxlanılması üçün onların vahid elektron reyestri yaradılmalıdır. Vahid elektron reyestrin yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanacaq, həmin reyestrin təşkili və fəaliyyətinin təmini ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular