İlham Əliyev: "Heydər Əliyevin səyləri sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulub"
"Məhz Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu yolunda yorulmaz səyləri, polad iradəsi sayəsində Azərbaycanda şəffaf maliyyə və audit sistemi qurulmuşdur. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz bu ildə biz Ulu Öndər tərəfindən təməli qoyulmuş, dinamik inkişaf edən güclü iqtisadiyyat görürük".
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına ünvanlandığı məktubda bildirilib.
Məktubda, həmçinin qeyd edilib ki, müstəqilliyimizin ilk illərində iflasa uğramış ölkə iqtisadiyyatını dirçəltməyin yeganə yolunu bazar iqtisadiyyatına keçiddə, dünya iqtisadiyyatına inteqrasiyada görən Ümummilli Lider irimiqyaslı islahatlara start vermişdi. Onun rəhbərliyi ilə korporativ idarəetmənin təkmilləşdirilməsi, azad rəqabət mühitinin dəstəklənməsi sahəsində görülən fundamental tədbirlər azad sahibkarlığın inkişafını ön plana çəkmişdi. Eyni zamanda, Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi və strateji baxışı ölkənin iqtisadi inkişafını təmin etməklə yanaşı, çoxvektorlu iqtisadi siyasətimizin əsasını qoyub, Azərbaycana dünyada etibarlı tərəfdaş statusu qazandırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb