Lalədən "Məndən üzr istəsin" deyən Cavanşirə: "Yuxunuzda da sizdən üzr istəmərəm!" - VİDEO
"Mən bütün fikirlərimi Cavanşir Məmmədovun yaşına hörmət qoyaraq səsləndirəcəm. Bəlkə də bizim fərqimiz də elə budur. Orada ona bir neçə dəfə qanunun şah olduğunu deyirlər. O da təkrar edir. Qanunun şah olduğunu bu verilişdə mən hər gün deyirəm. Xalqdan, dövlətdən, dövlətçilikdən haqqı olan hər kəs danışsın. Mənim vətənə olan sadiqliyimdən və aşiqliyimdən kimsə danışa bilməz. Düşünülməmiş və cılız bir cümlə var. Orada deyilir ki "Lalə Azərtaş mənə etdiyin təhqir xalqıma edilmiş təhqirdir". Xeyr, Cavaşir Məmmədov, bu düşünülməmiş cılız bir cümlədir. Xalqın, elin gözü tərəzidir. Nə siz, nə də mən xalqın gözünü kor edəcək gücdə deyilik. Hər kəs hər şeyi çox yaxşı və sərrast görür".
BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində Əməkdar artist Cavanşir Məmmədovdan danışarkən bildirib.
Aparıcı "Məndən üzr istəsin" deyən sənətçiyə sərt ismarış yollayaraq ondan yuxuda da üzr istəməyəcəyini deyib:
"Mən burada da dedim ki məhkəmə qərarı çıxsın deyəcəm ki "Mustafa dələduzsan niyə mənim bu qədər vaxtımı alırdın?". Amma mən üzr istəmək barəsində bir dəfə də olsun heç bir söz deməmişəm. Alan məmnun satan məmnun.Siz ailənizin daxilində hər hansı bir problemi həll edəndə Lalə Azərtaş orada idi ki sizdən üzr istəsin? Bunu yadınızda saxlayın. Mən nəinki gerçək həyatda hətta yuxunuzda da sizdən üzr istəmərəm!".
Qeyd edək ki, C. Məmmədovla keçmiş kürəkəni Kemal Mustafa İbili arasında pula görə qalmaqal yaşanıb. Sənətçi kürəkənini məhkəməyə verərək onun 13 000 AZN-ini və 126 500 dollarını mənimsədiyini bildirib. Kemal isə əksini iddia edərək "Təsir dairəsi" verilişinə çıxıb. Bundan sonra C. Məmmədov keçmiş kürəkəninin kiminsə tapşırığı ilə "Təsir dairəsi" verilişinə çıxdığını iddia edib. O hətta bildirib ki, L. Azərtaş K. Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb. Məhkəmədə Cavanşir Məmmədov kürəkəninin iddialarını yalanlayan dəlillər təqdim edərək onu udub. Bundan sonra Lalə Azərtaşın ondan üzr istəməsini tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2404 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr