Şahdağda qar örtüyünün hündürlüyü 2 sm olub - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin senytabrın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.
Xidmətdən Sonxeber.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Astarada 48 mm, Oğuzda 39 mm, Lerikdə 34 mm, Qəbələdə 33 mm, İmişli, Qax (Sarıbaş), Şəkidə 29 mm, Beyləqanda 22 mm, Sabirabadda 21 mm (aylıq normanın 106%-i), İsmayıllıda 20 mm, Balakən, Ağdamda 19 mm (aylıq normanın 56%-i), Lənkəranda 18 mm, Biləsuvarda 17 mm (aylıq normanın 98%-i), Zaqatalada 16 mm, Göyçayda 13 mm, Yardımlı, Şahdağda 12 mm, Zərdab, Tərtərdə 11 mm, Kürdəmir, Bərdə, Yevlax, Göygöl, Neftçala, Qusar, Daşkəsən, Şamaxı, Gədəbəy, Naftalan, Gəncə, Qobustan, Xaltan, Ağsu, Mingəçevir, Şirvan, Göytəpədə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 3 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.
Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 19-u gündüz saatlarınadək davam edəcəyi, 20-21-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 732 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrAADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb
5 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabr