Vətən müharibəsindən sonra 314 nəfər mina terrorunun qurbanı olub

Vətən müharibəsindən sonra 314 nəfər mina terrorunun qurbanı olub2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Sonxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə məlumatında bildirilib.

Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu "Kamaz" markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qeyd edilib ki, "Ural" markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Hadisə nəticəsində həlak olanlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1324   Tarix: 19 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Space"də təcili iclas keçirildi

Bu dəqiqələrdə "Space" televiziyasında təcili iclas keçirilib. -a istinadən xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb. İclasda departament rəhbərləri də iştirak ediblər. Nərima

16 aprel
.

Bu şəxslər peyvənd olunacaq

19-25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qala

16 aprel
.

Sabah muzeylərə giriş pulsuz olacaq

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə "açıq qapı" günü keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpas

17 aprel
.

Onlar müdir müavini təyin edildilər

Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub. Qaynarinfo xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib. Ruslan Rzayev əmək fəaliyyətinə 2011-c

15 aprel
.

Aliment borcunu ödəyə bilməyən ata HƏBS OLUNDU

Oğuzda aliment borcunu ödəməyən ata həbs olunub. xəbər verir ki, rayonun Bayan kəndində yaşayan 38 yaşlı Fariz Hacıyev (ad və soyad şərtidir) 2017-ci ildən bəri aliment borcunu ödəməyib. Məlumata görə, Fariz 2013-cü ildə ailə qurub və 2014-cü ildə bir oğlan övladları dünyaya gəlib. 2017-ci ildən is

16 aprel
.

Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR

Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub. -ın əldə etdiyi məlumata görə, icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb. İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə i

16 aprel
.

Ordubadda qaya UÇDU, yolda hərəkət çətinləşdi: 32 ev qazsız qaldı - FOTO

Ordubad rayonu Pəzməri kəndində baş verən qaya uçqunu nəticəsində qaz xətti zədələnib. xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə 32 ev qazsız qalıb. Hal-hazırda təmir-bərpa işləri davam etdirilir. 10:08. Naxçıvan Muxtar Respublikası (MR

16 aprel
.

"Teleradio"ya yeni rəhbər təyin olundu

"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC-nin (Teleradio) rəhbəri dəyişib. APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub

16 aprel
.

TikTok-da paylaşılan video narazılıq yaratdı

TikTok platformasında yayılan bir video sosial mediada geniş müzakirələrə səbəb olub. xəbər verir ki, canlı yayım açan bir qadın gözlənilmədən özünü yerə ataraq diqqət çəkən hərəkətlər nümayiş etdirib. Qısa müddətdə yayılan görüntülər minlərlə istifadəçi tərəfindən izlənilib və çoxsaylı rəylər toplayıb

17 aprel