Erməni terroru nəticəsində həlak olan polis serjantı dəfn olunub - FOTO - YENİLƏNİB 2
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanov dəfn olunub.
Sonxeber.az report-a istinadən xəbər verir ki, mərhum Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
***09:52
Polis serjantı Xəzər Zamanovla vida mərasimi başa çatıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlığa aparılır.
***09:46
Ötən gün Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda mina partlaması nəticəsində həlak olan polis Xəzər Azər oğlu Zamanovla vida mərasimi keçirilir.
Sonxeber.az BAKU.TV-yə istinadən xəbər verir ki, hazırda mərhumla vida mərasimi keçirilir. Şədimizin vida mərasimində ailə üzvləri yaxınları və ictimai şəxslər iştirak edir. 25 yaşlı Xəzər Zamanov ailəli idi.Vida mərasimindən sonra şəhidimiz Günəşli qəbiristanlığında dfən olunacaq.Xatırladaq ki, sentyabrın 19-u Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu "Kamaz" markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Terror aktı ilə bağlı cinayət işi başlanılıb.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Leysan, dolu, qar - Sabahın havası
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı