Adil Əliyev: "Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin yeganə hədəfi hərbi obyektlərdir"

Adil Əliyev: "Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin yeganə hədəfi hərbi obyektlərdir""Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terrorlar və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi. Qondarma rejimin törətdiyi özbaşınalıq, erməni diversantlarının terrorçuluq fəaliyyəti nəticəsində 2020-ci ilin noyabr ayından bu günə qədər 314 nəfər vətəndaşımız təkcə minaların qurbanı olub.
Təəssüf ki, Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri icra etmək əvəzinə təxribatlara, sabotajlara davam edir, sülh müqaviləsini imzalamaqdan imtina edir. Rəşadətli Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almaqla antiterror tədbirlərinə başlayıb. Ordumuz hər zamankı kimi məsuliyyətli davranır, yalnız hərbi obyektlərə yüksək dəqiqliklə zərbələr endirir. Hətta təxribatçıya zərbə endirməmişdən qabaq bu barədə mülki əhalini məlumatlandırır. Mülki əhaliyə ərazini tərk etməyi tövsiyə edir, həyata keçirəcəyi tədbirlər zamanı yalnız hərbi obyektlərə ziyan vuracağı barədə öhdəlik götürdüyünü qeyd edir".

Bunu Sonxeber.az-a Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

O bildirib ki, həyata keçirilən antiterror tədbirləri zamanı Ermənistana məxsus olan döyüş vasitələri yüksək peşəkarlıqla sıradan çıxarılır, ordumuzun arsenalında olan müasir silahlarla düşmənin silah-sursatı, hərbi texnikası məhv edilir. Separatçılar mülki erməni əhalisindən istifadə edərək, onları hərbi təyinatlı obyektlərə gətirir və ya silahları yaşayış məntəqələrində yerləşdirirlər. Lakin, hərbi qulluqçularımız yüksək peşəkarlıqla davranaraq, mülki vətəndaşların olduğu yerləri hədəf almırlar.

"Ölkəmiz dəfələrlə sülh müqaviləsinin imzalanması barədə müraciət etsə də, Ermənistan heç zaman sülhü qəbul etmədi. Müxtəlif bəhanələrlə prosesi yubatmağa çalışır, havadarlarının şirin vədlərinə inanıb hər addımda sülhdən yayınırdı. Ermənistan münasibətləri düzəltmək və sülh şəraitində yaşamaq əvəzinə, havadarlarına arxayın olub hər addımda qarayaxma kampaniyasına cəhd edir və bununla da sonuncu törətdiyi terror hadisələri ilə sülhün mümkünsüzlüyünü nümayiş etdirdi.
Xankəndində olan erməni əsilli Azərbaycan vətəndaşları üçün ölkəmizin qapısı açıq olub. Onlar dəfələrlə reinteqrasiya məsələlərini müzakirə etmək məqsədilə dialoqa dəvət olunublar və bu barədə müzakirələrin aparılmasının vacibliyi qeyd edilib. Lakin onlar hər dəfə bu prosesdən yayınıb, əksinə hər addımda siyasi "şou" yaratmağa cəhd ediblər. Qeyd olunur ki, lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndində yaşayan ermənilər reinteqrasiya məqsədilə Yevlax şəhərində görüşməyə hazırdırlar. İllərdir bu proses onlara təklif olunsa da, birgəyaşayışı qəbul etmədilər, silahlarını təhvil verib, təxribatçı fəaliyyətlərini dayandırmadılar.
Xocavənd rayonunda baş verən terror hadisələri onu deməyə əsas verir ki, Ermənistan çirkin niyyətindən, revanşist hisslərindən əl çəkmir. Təhlükəsizliyimizə, konstitusion quruluşumuza qarşı təhdid olaraq qalır və onların növbəti dəfə təxribat törədəcəklərini heç kəs istisna etmir. Bir daha belə hallar baş verməsin deyə, qüdrətli Ordumuz hazırda tarixi missiya həyata keçirir. Xalqımız hər zamankı kimi Prezident İlham Əliyevin yanındadır, Ordumuza dayaqdır, dəstəkdir.
Söhbət ölkəmizin təhlükəsizliyindən gedirsə, bizə yalnız birlik lazımdır. Qərbi Azərbaycan İcmasının açıqlamasında da Ermənistanın sabotajı, terrorçuluq fəaliyyəti və sülhün qarşısında əngəl olması qəti şəkildə pislənib. Eləcə də, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevin ətrafında birlik nümayiş etdirir, haqq işimizə dəstək olurlar. Onlar düşmənin təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirilən antiterror tədbirlərində dövlətin yanında olmaları barədə birgə Bəyanat imzalayıblar. Partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəs Prezidentimizin ətrafında sıx birləşir, bu birliyin vahid amalı var: ölkəmizin təhlükəsizliyi təmin olunsun, terrorçuluğun və bütün növdən olan təxribatların qarşısı alınsın.
İmzalanmış Bəyanatda Xalq Cəbhəsi, Müsavat və Real Partiyalarının adları yoxdur. Görünən odur ki, birliyin-bərabərliyin vacib olduğu bu günlərdə bu partiyalar hələ də xain xislətlərindən əl çəkmirlər. Dövlət başçısının rəhbərliyi ilə aparılan haqq işinə dəstək vermək əvəzinə, pozuculuq fəaliyyətinə cəhd edirlər. Önəmli olan nə onların imzasıdır, nə də ki mövqeyi, lakin qədirbilən Azərbaycan xalqı belə həssas məqamda etdiklərinə görə onları bağışlamayacaq. 1991-1993-cü illərdə hakimiyyət böhranı yaradanlar, siyasi ambisiyalarına dövləti qurban verənlər bu gün də qazanılmış qələbəni, ölkəmizin inkişafını, qüdrətini hələ də həzm etmir və onların qısqanclıq niyyətlərinin əyani şahidi oluruq.
Hazırda Ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri uğurlu nəticəsini verməkdədir. Ermənistanın sıradan çıxarılan silahları, məhv edilən qurğuları ilə bərabər, mülki şəxslərə hərbi əməliyyatlar yerinin tərk edilməsi, silahlılara yardım edilməməsi barədə Müdafiə Nazirliyimizin yaydığı məlumatlar da müsbət nəticəsini verəcək. Məğlubiyyəti hiss edən separatçılar ən qısa zamanda xunta rejimini ləğv edərək, silahlarını təhvil verməyə və təslim olmağa məcburdurlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1108   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr