"Çəkmə, Paylaşma, Hərbi sirri yayma" - Bəhruz Əliyev

"Çəkmə, Paylaşma, Hərbi sirri yayma" - Bəhruz Əliyev"Bizlər suya möhtac olanlar kimi zəfərə susamış, haqq və ədalətin yerini tapmasını arzu edənlərik. Ürəyimiz zəfərlə və uğurla doludur və onunla döyünür. 30 il daxilimizdə yaşatdığımız nisgili səbrimizin sonu gələndə, 44 gündə qısasını alan vətən övladlarıyıq. Yaralarımızı sürətlə sağaldıb, qamətimizi dik tutub, doğan üfüqlərdəki, aydın işıqları gözləyirik. Vətən haqqında olan hər bir xoş xəbər və hər bir uğur bizim içimizdəki məğrur hisslərin tərənnümüdür".

Bu sözləri Sonxeber.az-a informasiya texnologiyaları üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev deyib.
"Çəkmə, Paylaşma, Hərbi sirri yayma" - Bəhruz ƏliyevO bildirib ki, unutmamalıyıq ki, bilmədən bəlkə də fərqində olmadan çəkdiyimiz, paylaşdığımız hər bir informasiya bizim düşmənlə üz-üzə olduğumuz yerdə əleyhimizə işləyə bilər. Hər hansı vətən övladının həyatı bahasına başa gələ bilər. Ona görə də hər kəsdən xüsusi diqqət tələb olunur.

"1. Hərbi maşın və avadanlıqlar, onların daşınması ilə bağlı hər hansı bir foto və video çəkiliş aparmayın və paylaşmayın. Çünkü çəkilən hər bir media faylda çəkiliş yerinin mövqeyi (location) kimi bir çox məlumatlar düşmənin əlinə keçə bilər.
2. Hər hansı hərbi uçuş avadanlıqlarının foto və video çəkilişni aparmayın və paylaşmayın bu döyüşdə canını qoyan əsgərimizin planını poza bilər. Fərqində olmadan düşmənə yol göstərilmiş ola bilərsiniz.
3. Xidmətdə olanlarla müxtəlif yollarla əlaqə saxlamaqdansa, hisslərimizi çətin də olsa cilovlayıb səbr etməliyik. Çünkü telefonlar yenə təhlükə mənbəyidir. Düşmən diqqətlə bizim səhvimizi gözləyə bilər. Danışıqlardan öyrəndiyi məlumatları əleyhimizə istifadə edə bilər.
4. Sosial şəbəkələrdə yayılan dezinformasiyaya təsdiqlənməmiş məlumatlara inanıb yaymaq olmaz. Düşmənin virtual aləmdə qurduğu tələlərə qarşı diqqətli olmaq lazımdır. Keçmiş illərdə çəkilmiş vəya başqa yerlərdə baş vermiş foto və video məlumatlarla Azərbaycan ictimaiyyətini aldadıb, istiqamətləndirmək istəyə bilərlər. Ona görə də ancaq dövlət mənbələrinə qulaq asmaq və məlumatı dövlət mənbələrindən eşitmədiyimiz müddətcə şübhə ilə yanaşmalıyıq.
5. Döyüş mövqeyinə yaxın yaşayanlara isə daha çox məsuliyyət düşür. Hər hansı hərəkətlilik barədə informasiya verilməməlidir. Hərbi qulluqçuların hərəkəti vəya yaralı, şəhid və s. kimi əlaqəli məlumatları, dövlət tərəfindən elan edilmədiyi halda heç bir məlumatı əsla heç bir formada paylaşmamalıyıq.
6. Qısaca, sadəcə hüquq-mühafizə orqanlarımızın və dövlət kanallarının verdiyi məlumatlara etibar etməliyik və onlara inanmalıyıq
Unutmayaq ki, informasiya təhlükəsizliyimizi qorumaq, daha az fəsadla qalib olmağımız üçün, ciddi addımdır. Cəbhə arxasında olan önəmli xidmətdir. Gəlin birlikdə diqqətli olaq. Biz Birlikdə Güclüyük!"
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2360   Tarix: 20 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

AADA və Qazaxıstan Avtobiznes Assosiasiyası arasında birgə Kommunike imzalanıb

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Avtobiznes Assosiasiyasının (AKAB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki ölkədə avtomobil sektorunun inkişaf mərhələləri və mövcud problemlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

5 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr