Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başlanılıb
"Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət işləri başladıb".
Soneber.az-ın xəbərinə görə, bunu Baş Prokurorun müavini Elmar Camalov "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında Ermənistan və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır: "Bu səbəbdən 2023-cü il martın 30-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən inayət Məcəlləsinin 103 soyqırımı, 107 əhalinin deportasiya etmə və ya məcburi köçkürmə, 109 təqib və 120.2-4, 120.2.7 qəsdən adam öldürmə maddələri ilə cinayət işi başlanıb və cinayət işinin aparılması Respublika Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Cinayət işi üzrə istintaq qrupu yaradılaraq zəruri araşdırmaların aparılması, tarixi həqiqətlərin ortaya çıxarılması, Qərbi Azərbaycanda yaşamış, deportasiya və soyqırıma məruz qalmış şəxslərlə bağlı bütün təsdiqedici materialların toplanması və əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına, Milli Elmlər Akademiyasına, Dövlət Statistika Komitəsinə, Qərbi Azərbaycan İcması İctimai birliyinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə və digər çoxsaylı aidiyyəti orqanlara müvafiq sorğular edilib, əməliyyat axtarış fəaliyyətini həyata keçirən qurumlara əməliyyat tapşırıqları göndərilib".
E.Camalov bildirib ki, bu barədə tədqiqat aparmış bir sıra araşdırmaçılar sübutların toplanması məqsədilə cinayət təqibi prosesinə mütəxəssis qismində cəlb olunub: "Tarixçi və dilçi alimlər dindirilmiş çoxsaylı kitablar və tarixi sənədlər əldə edilməklə iş materiallarına əlavə edilmiş və digər bu kimi zəruri prosessual tədbirlər icra olunub".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı