Xankəndidən olan erməni: "Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzulayıram"
"Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzu edirəm".
Sonxeber.az report-a istinadən xəbər verir ki, bunu Samvel Yevriyan Laçında Ermənistana yola düşməmişdən qabaq jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycanlılarla bir yerdə yaşamaq niyə mümkün deyil ki? Əlbəttə ki, mümkündür! Mənim yüzlərlə azərbaycanlı dostum var idi. Biz birlikdə çalışmışıq", - o, iki xalqın bir yerdə yaşamasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, hələ sovet illərində Bakıda tamaşada iştirak edib: "Azərbaycandan olan sənətçi dostlarımla görüşməyi çox istərdim. Avtandil İsrafilov (mərhum qarmon ifaçısı, Azərbaycanın Xalq artisti) mənim yaxın dostum idi. O, Zeynəb Xanlarova və ansamblı ilə Xankəndidə konsertdə olub. Azərbaycanlılarla çox sıx münasibətlərim var idi".
O əlavə edib ki, A.İsrafilov onun İrəvan və Xankəndidəki evlərində olub.
S.Yevriyan Qarabağda yaşamadığını, burada işlədiyini, buraya ildə bir neçə dəfə fasilələrlə gəlib-getdiyini və buranı öz arzusu ilə tərk etdiyini vurğulayıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1543 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr