"Makronun regionda vəziyyəti yenidən gərginləşdirməyə xidmət edən səyləri heç bir nəticə verməyəcək" - DEPUTAT
"Makron öz ampluasına sadiq qalaraq öz sərsəm açıqlamalarını davam etdirir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, kütləvi qırğınlara, soyqırımlara və müxtəlif terror aktlarına məruz qalmış azərbaycanlılar haqqında heç bir kəlmə danışmayan Emmanuel Makronun bu gün ermənilərin hüquqlarını müdafiə edən annormal açıqlamalar verməsi absurddur. Bu gün öz ölkəsində müstəmləkə siyasəti çərçivəsində insan haqlarına dəyər verməyən Makronun bir çox xalqların, etnik azlıqların azad, təhlükəsiz və firavan yaşadığı Azərbaycana məsləhət verməsi çox gülüncdür. Heç kəsə sirr deyil ki, Fransa prezidenti bəyənatları ilə Ermənistanı Qarabağla bağlı məsələdə revanşist ritorikaya kökləyərək regionda yenidən gərginlik ocağını qalamağa çalışır. Əslində Fransa bu mövqeyi ilə tək Azərbaycana qarşı deyil, həm də Türkiyə və Rusiya qarşı çıxır. Makronun regionda vəziyyəti yenidən gərginləşdirməyə xidmət edən səyləri heç bir nəticə verməyəcək".
Deputat vurğulayıb ki, Makronun Fransanın TF1 kanalında EN DIRECT proqramına verdiyi müsahibəsi zamanı səsləndirdiyi absurd fikirlər onun Azərbaycana qarşı yürütdüyü qərəzli mövqeyini bir daha sübut etdi:
"Fransa hələ də Azərbaycanın bütün cəbhədələrdəki qələbəsi ilə barışmaq istəmir. Fransa heç zaman Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak edə bilməz. Çünki 30 ilə yaxın müddətdə Fransa Ermənistanın yanında olaraq, onun işğalçı siyasətini dəstəkləyib. Makron Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirməyə davam edərsə bu ölkə ilə münasibətlərimizə yenidən baxmalı olacağıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 953 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr