"Fransa Azərbaycana dərs keçə bilməz" - ŞƏRH

"Fransa Azərbaycana dərs keçə bilməz" - ŞƏRHSentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransanın TF1 və France 2 kanallarına müsahibəsi zamanı növbəti dəfə bölgədə mövcud vəziyyəti təhrif edən mövqe sərgiləməsi onun tərəfindən tətbiq edilən ikili standartların və qərəzin bariz nümunəsidir.

"Azərbaycan uzun müddətdir Ermənistan tərəfinin təxribatlarını sülh yolu ilə həll etməyə çalışıb. Qarabağda qeyri-qanuni silahlı erməni varlığına son qoymaq və konstitusiya quruluşunu bərpa etmək məqsədilə Azərbaycan antiterror əməliyyatlarını uğurla həyata keçirdi. Bununla belə, həm Ermənistan, həm də onun himayədarı olan Fransa beynəlxalq ictimaiyyətdə əsassız rəy yaratmaqda davam edir. Bunu biz Fransa prezidenti Emmanuel Makronun fransız kanallarına verdiyi müsahibəsində açıqladığı məqamlar ilə görə bilərik. Fransa prezidenti Emmanuel Makron müsahibəsində Azərbaycanın Ermənistana qarşı mümkün hücumundan narahat olduğunu bildirib. Eyni zamanda Bakının bu ölkənin ümumi sərhədini və ərazi bütövlüyünü təhdid etdiyini deyib. Moskva və Ankaranı, eləcə də Bakını ittiham edən Makron, "Bu gün Azərbaycanla şərik olan Rusiya, bu manevrləri hər zaman dəstəkləyən Türkiyə və sərhəd tanımayan, Ermənistanın sərhədlərini təhdid edən (Azərbaycan) hökuməti var" deyib.Emmanuel Makron və komandası gündəmə gəlmək üçün verdikləri açıqlamalar birmənalı olaraq beynəlxalq hüququn prinsiplərinə qarşıdır. Fransa Prezidentinin Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinin nəticələri zamanı olan bəyanatı diqqət çəkir. Fransa Azərbaycana dərs keçə bilməz".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Fransa elə zənn edir ki, Ermənistanı dəstəkləyib yanında olmaqla Cənubi Qafqazda özünə yer edəcək.

"Azərbaycan istər Vətən müharibəsində və son 3 ildə həyata keçirilən cəza tədbirlərində, istərsə də 23 saatlıq antiterror tədbirlərində beynəlxalq hüququn prinsiplərini, BMT Nizamnaməsini, o cümlədən beynəlxalq humanitar hüququ rəhbər tutaraq hərəkət edib. Azərbaycan Prezidenti dəfələrlə rəsmən bəyan edib ki, bizim hər hansı dövlətə, o cümlədən Ermənistana ərazi iddiamız yoxdur. Ermənistan və Azərbaycan ötən ilin oktyabrında və bu ilin mayında qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyıb. Vətən müharibəsindən sonra Azərbaycan davamlı şəkildə sülh ritorikasına üstünlük verir. Delimitasiya, demarkasiya prosesində faktiki olaraq yeganə israrlı tərəf Azərbaycan olub. Eyni zamanda, biz antiterror tədbirlərini özümüzün beynəlxalq hüquqla tanınan ərazilərimizdə həyata keçirmişik. Azərbaycan Qarabağın erməni əsilli sakinlərinə ən yüksək səviyyədə siyasi, hüquqi və təhlükəsizlik təminatı verib".

Deputat qeyd edib ki, belə olan halda Azərbaycanın antierməni mövqeyində, habelə mümkün eskalasiya məqsədi güdməsində təqsirləndirilməsi yolverilməzdir:

"Hətta Ermənistan belə bu fikirlərdə xüsusi ehtiyatla davrandığı bir şəraitdə Fransanın fəallıq göstərərək özünü erməni dövlətinin hamisi kimi aparması qəbuledilməzdir. 30 il ərzində regionda münasibətləri gərginləşdirməyə xidmət edən Fransa bu gün regionda yenidən fəallaşmaq cəhdləri ilə regiona, ələxsus Ermənistanın özünə müsbət heç nə vəd etmir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1115   Tarix: 25 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr