Respublika Uşaq Kitabxanasında şübhəli tender - Qalib MMC kimindir?
Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası 29.08.2023-cü il tarixində sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, "Dəftərxana və təsərrüfat malları" lotu üzrə keçirilən satınalmanın məbləği 22.440 manat, qalibi isə "BRAND-H" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"BRAND-H" MMC keçirilən satınalmadan bir ay əvvəl - 2023-cü ilin iyul ayının 17-də dövlət qeydiyyatına alınıb.
"BRAND-H" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, faktiki ünvanı və müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumata rast gəlinmir.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi ev 23/24 ünvanıdır. Göründüyü kimi bu şirkətin hüquqi ünvanı qeyri-dəqiqdir. Belə ki, şirkətin Məhəmməd Hadi ev 23/24 ünvanında konkret hansı mənzildə yerləşdiyi barədə məlumat verilmir.
Məhəmməd Hadi ev 23/24 ünvanında yerləşən binanın sakinləri ilə əməkdaşımızın apardığı söhbət zamanı da sakinlər "BRAND-H" MMC adlı şirkətin adını eşitmədiklərini, belə bir şirkətə rast gəlmədiklərini bildirdilər.
Qlobal.az məsələ ilə bağlı Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasından mövqe öyrənməyə çalışsa da, qarşı tərəf mövqe bildirmədi.
Yerli mediada yazılanlara görə isə Respublika Uşaq Kitabxanasında bir sıra neqativ hallar var. Belə ki, mediada dərc olunan məlumatda Respublika Uşaq Kitabxanasında "ölü canlar"ın olduğu iddia edilir.
Qlobal.az Respublika Uşaq Kitabxanasının 2022-2023-cü illər üzrə fəaliyyəti ilə bağlı Hesablama Palatasından mövqe öyrənib.
Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusif-zadənin açıqamasında deyilir:"Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında audit həyata keçirilməmişdir.
Xatırladaq ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovadır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı