"44 günlük müharibədən sonra Makron və onun kimiləri olmasaydı, Ermənistan çoxdan sülh müqaviləsi imzalamışdı" - DEPUTAT
"Fransanın TF 1 televiziya kanalına verdiyi müsahibədə Makron yanmış ocağın üzərinə su əvəzinə benzin tökür".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat bildirib ki, səsləndirdiyi fikirlərlə hadisələri təhrif olunmuş şəkildə təqdim edir:
"Münaqişəyə dini don geyindirməklə, özünün qatı "islamofob", islam düşməni xislətini açıq şəkildə bildirir. Əfsuslar olsun ki, bu yeni bir hal deyil. Son illər BMT Təhlükəsizlik Şurasında, Avropa təsisatlarında dəfələrlə Azərbaycan əleyhinə qətnamələrin qəbul olunmasına çalışan və müsbət nəticə əldə edə bilməyən Makron ermənidən daha çox erməni olmağa çalışır. Anti-terror tədbirlərindən sonra Paşinyan qeyd edir ki, mülki əhali zərər çəkməmişdir. Makron isə, olmayan zorakılıqlardan danışır. Əgər, 44 günlük müharibədən sonra Makron və onun kimiləri olmasaydı, Ermənistan çoxdan sülh müqaviləsi imzalamışdı. Onlar tarixən öz geosiyasi maraqlarının təmin olunmasında, ermənilərdən maşa kimi istifadə ediblər.
Bu dəfə də, tarix təkrar olunur. Ermənilər, bir dəfəlik anlamalıdırlar ki, nə Makron, nə də ki, digərləri onları xoşbəxt etməyəcək. Qonşulara qarşı münasibət kökündən dəyişməli, sülh müqaviləsi imzalanmalıdır. Əks halda, dövlətçiliklərini ciddi təhlükələr gözləyir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr