Həbsdə olan idarə rəisinin məhkəməsi: "Pulların 15 faizi Nəcməddin Sadıkova çatırdı"

Həbsdə olan idarə rəisinin məhkəməsi: "Pulların 15 faizi Nəcməddin Sadıkova çatırdı"Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili İntiqam Hacıyev məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. O bildirib ki, bu işdə dövlət sirri təşkil edən məsələlər və ifadələr var.

Prokuror isə vəsatətin əsassız olduğunu cinayət işində dövlət sirri təşkil edən ifadələrin olmadığını qeyd edib.

Hakim cinayət işinin mülki məsələlərdən ibarət olduğunu bildirərək vəsatəti təmin etməyib.

Prosesdə şahid qismində Rəhim Laçınov ifadə verib.

Şahid bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində Əsaslı Təmir bölməsinin rəisi olub:

"İcraata götürülən işlərin icrasına nəzarət edirdim. Tapşırıqları Fikrət Mirzəyevdən almışam. Bölmə rəisi kimi Fikrət Mirzəyevə tabe olmuşam. İstintaqda verdiyim ifadələri təsdiqləyirəm".

Prokurorun suallarını cavablandıran bölmə rəisi deyib ki, təmir və tikinti işləri ilə bağlı bağlanan müqavilələrdə qiymətlər şişirdilib:

"Həmin şişirdilmiş rəqəmlər şirkət nümayəndələri tərəfindən nağdlaşdırılaraq geri qaytarılıb. Pullar Fikrət müəllimə verilirdi. Onun işdə başı qarışıq olan zaman şirkət nümayəndələri mənimlə görüşür və pulları verirdi. Mən də həmin pulları Fikrət Mirzəyevə çatdırmışam. Pulların nə qədər olduğundan xəbərim olmayıb. Gələn pulların nazirliyi Büdcə və Maliyyə İdarəsinin sabiq rəisi Nizami Məmmədova çatdığını eşitmişəm. Amma kimin nə qədər pul aldığından xəbərim yoxdur. Lakin bəzi pulların müəyyən hissəsi idarənin bölmələri tərəfindən bölüşdürülüb. Fikrət Mirzəyev mənə də pul verib. Lakin həmin pulun miqdarını xatırlamıram".

Təqsirləndirilən şəxs şahidin ifadəsinə münasibət bildirərək deyib ki, pulların kimə getməsindən Rəhim Laçınovun xəbəri vardı.

Şahid istintaqda bildirib ki, şirkətlərdən gələn pulların 15 faizi sabiq qərargah rəisi Nəcməddin Sadıkova, 3 faizi Nizami Məmmədova və 3 faizi isə Fikrət Mirzəyevə çatıb.

Rəhim Laçınov buna münasibət bildirərək deyib ki, istintaqda Fikrət Mirzəyevin verdiyi ifadələrdə bu rəqəmləri görüb, bu səbəbdən elə deyib.

Təqsirləndirilən Fikrət Mirzəyev isə şahidin ondan bir gün qabaq istintaqda ifadə verdiyini dilə gətirib.

Daha sonda prosesdə nazirliyin sabiq Büdcə və Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov şahid qismində danışıb.

Şahid bu iş üzrə ittihamla razı olmadığını, Fikrət Mirzəyevin ona pul vermədiyi deyib:

"Ümumiyyətlə, Mənzil İstismar İdarəsinin mənə aidiyyatı və tabeliyi olmayıb. Fikrət Mirzəyevi idarə rəisi kimi tanımışam. Mənə heç zaman pul verməyib. İstintaqda bu barədə ifadə vermişəm, üzləşmişik. Guya ki, 3 epizod üzrə mənə Fikrət Mirzəyev tərəfindən 369 min manat pul verilib. Bir də ki, guya mən firmalara ayrılan pulların vaxtlı-vaxtında köçürülməsi ilə bağlı gəlirdən 3 faiz almışam. Bu, belə deyil. Onların idarəsinin öz maliyyə işçisi olub, pulları Maliyyə Nazirliyindən birbaşa alıblar. Lakin bir satınalmalarla bağlı məsələdə bizim idarəyə pul ayrılıb. O da əvvəldən ayrılan smeta əsasında həyata keçirilib. İstintaq vaxtı mən Fikrət Mirzəyevə kömək etmək istəmişəm. Amma gələn pulların mənə 3 faizi çatmayıb".

Təqsirləndirilən şəxs replika hüququndan istifadə edərək deyib ki, Nizami Məmmədov pulları verib:

"Deyir ki, pullar Maliyyə Nazirliyi tərəfindən birbaşa bizim idarəyə köçürülüb. Lakin özü də yaxşı bilir ki, 2019-cu ilə qədər bizə ayrılan pullar Büdcə və Maliyyə İdarəsi köçürüb, 2019-dan sonra birbaşa Maliyyə Nazirliyi tərəfindən ödənilib. Biz istintaq zamanı də dövlətə dəymiş zərərin ödənilməsi ilə bağlı qərar qəbul etdik. Mənə çatan pulları ödəmişəm. Biz kişi şalvar geyinirik, kiməsə şər atmaq bizə yaraşmaz".

Daha sonra prosesdə zərərçəkmiş şəxs qismində tanınan Maliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək, dövlətə dəymiş ziyanın tam ödənilməsi tələb edib.

Məhkəmə prosesi oktyabrın 9-da davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev 2022-ci ildə saxlanılıb. Bu cinayət işi üzrə dəymiş ziyan 3 milyon 380 min manatdır.

Ona Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ittihamı verilib.

Ötən məhkəmə prosesində ifadə verən Fikrət Mirzəyev özünün qismən təqsirli bilir.

O bildirib ki, ona 111 min manat pul çatıb. Həmin məbləği də istintaq dövründə tam ödəyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2531   Tarix: 25 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr