"Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın yeganə qarantıdır"-ŞƏRH

"Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın yeganə qarantıdır"-ŞƏRHXəbər verdiyimiz kimi, ötən gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana rəsmi səfər edib. Naxçıvan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə bölgənin inkişafının deyil, eyni zamanda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi.

"Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Bütün sferaları əhatələyən və BMT məqsədlərini təşviq edən Bakı-Ankara birliyi heç bir üçüncü dövlətin əleyhinə yönəlməsə də, bütün güc və imkanları ilə regionun təhlükəsizliyini təhdid edən istənilən güc mərkəzinin qarşısındadır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ən azı ötən 3 il ərzində dünya Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər konstruktiv xarakter daşıdığının, bölgəyə hansı faydalar gətirdiyinin əməli formada şahidi olduq. 30 ilə yaxın bir periodda Qərbin riyakar güc mərkəzlərinin dəstəyi ilə regionda davam edən işğal faktoru, habelə separatizmlə mübarizədə ilk gündən məhz Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında oldu.

"Hətta Vətən müharibəsinin ilk saatlarında Ankaradan rəsmən bəyan olundu ki, hər hansı üçüncü dövlət Ermənistanın yandaşı qismində müharibəyə qatılarsa, qarşısında Türkiyəni görəcək. Bir sözlə, bölgənin yeni arxitekturasını müəyyən edərkən cənab İlham Əliyevin ən yaxın tərəfdaşı məhz cənab Rəcəb Tayyib Ərdoğan oldu. Dövlətlərin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, daxili yurisdiksiyada olan məsələlərə qarışılmasının yolverilməziliyi prinsiplərini və ümumbəşəri dəyərləri rəhbər tutan Bakı-Ankara tandemi, nəyahət ki, yüz illər sonra Cənubi Qafqazın simasını dəyişməyə başlayıb. Türkiyə Prezidentinin Naxçıvana səfəri də bu proseslərin davamıdır.
Təbii ki, ilk növbədə səfərin təsadüf etdiyi situasiyaya, imzalanan sənədlər və Naxçıvanda reallaşdırılacaq tədbirlərə xüsusi diqqət edilməlidir. Məlumdur ki, qısa müddət öncə Azərbaycan özünün növbəti hərbi qələbəsini qazanaraq 3 ilin içində ikinci dəfə kapitulyasiyaya nail olub. Bu, eyni zamanda nəinki Cənubi Qafqaz, bütövlükdə ətraf regionda separatizmlə mübarizədə ilk və ən effektiv nəticə oldu. Lokal antiterror tədbirləri zamanı humanitar hüquq qaydalarının rəhbər tutulması, mülki əhali və obyektlərin hədəfə alınmaması, erməni sakinlərə ən yüksək səviyyədə siyasi-hüquqi və təhlükəsizlik təminatının verilməsi ilə Azərbaycan bu çərçivədə bütün mümkün beynəlxalq reaksiyaların önünü kəsdi. Beləliklə, artıq Azərbaycanla Ermənistan arasında faktiki olaraq yekun sülh üçün maneə qalmadı. Bu isə regionda münaqişə ocaqlarının qalmasında maraqlı olan bir çox Qərb dairələri üçün arzu edilməyən ssenari idi və Fransa Prezidentinin tələsik reaksiyası da məhz bu prizmadan qiymətləndirilməlidir. Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan təmasları, Naxçıvandan regiona sülh mesajları isə artıq bölgə üçün yeni bir dövrün başladığını, qeyri-region dövlətlərin əks cəhdlərinin heç bir mənasının qalmadığını göstərdi. Cənab Ərdoğanın da çıxışının məzmununda ifadə olunduğu kimi, "Azərbaycanın qələbəsi ilə bölgədə yeni pəncərə açılıb və Ermənistan səmimi şəkildə davranmalıdır". Biz regionun sülh perspektivlərinə inanırıq, eyni zamanda Şuşa Bəyannaməsi ilə vahid güc kimi çıxış edən Azərbaycan və Türkiyə bütün mümkün ssenarilərə, hətta ehtimallara belə hazırdır. Naxçıvanda Bərpa-istehsalat hərbi kompleksinin açılışı da göstərir ki, nə qədər güclü olsaq da, biz daha da güclü olmaq əzmində və imkanındayıq, zaman isə Azərbaycan-Türkiyə birliyinin lehinə işləyir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 981   Tarix: 26 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr