"Tarixin bütün dövrlərində olduğu kimi gələcəkdə də Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olacaq" - DEPUTAT

"Tarixin bütün dövrlərində olduğu kimi gələcəkdə də Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olacaq" - DEPUTAT"Türkiyə və Azərbaycan arasında əlaqələri iki sözlə xarakterizə etmək tələb olunsa, bu sözlər qardaşlıq və müttəfiqlik olar. Azərbaycan və Türkiyənin bir millət - iki dövlət olması sadəcə səsli ideoloji bir ifadə yox, uzun illərin sınağından keçən və müxtəlif çağırışların qarşısında tab gətirən dostluğun məntiqi nəticəsidir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə qarşı nümayiş etdirdiyi mənəvi-siyasi dəstəyin dünyada heç bir vaxt analoqu olmayıb. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Hər zaman nümayiş olunan dostluğun, qardaşlığın yaxın günlərdə qardaş ölkə Prezidentinin BMT kürsüsündən çıxışında da şahidi olduq. Bununla da bir daha gördük ki, cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir". Bu nöqteyi-nəzərdən Türkiyə-Azərbaycan münasibətləri tarixə düşmüş qardaşlıq nümunəsidir. Xüsusilə qeyd etməliyik ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Naxçıvana səfəri və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması qardaş ölkələr arasında mövcud olan sıx əlaqələrin və strateji tərəfdaşlığın növbəti təzahürüdür".

Bu fikirləri Sonxeber-az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, iki il öncə işğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasında münaisbətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır:

"İki ölkə arasında tarixin ən ağır sınaqlarından üzü ağ çıxmış münasibətlər tarixininin ən yüksək dövrünə qədəm qoymuşdur. Bu prizmadan deyə bilərik ki, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması iki ölkə arasında strteji müttəqifliyin dərinləşməsi istiqamətində atılmış mühüm addımdır. Bu kəmərin çəkilişi Naxçıvanın qaza olan tələbatının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir". 

Millət vəkili T.Cəfərova cənab R.T.Ərdoğanın səfəri çərçivəsində həm də Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasının da mühüm tarixi hadisə olduğunu deyib:

"Bu layihənin də uğurla həyata keçiriləcəyinə və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə uğurla xidmət göstərəcəyinə heç bir şübhə yoxdur. Onu da qeyd etməliyik ki, mövcud geosiyasi vəziyyət, eləcə də dünyada dərinləşməkdə olan böhran Xəzər dənizindən keçən Orta Dəhlizin əhəmiyyətini günü-gündən daha da artırır. Bu baxımdan deyə bilərik ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində Türkiyə ilə müttəfiqliyi daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Təbii ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi bütün layihələr bölgədə sülh, əmin-amanlığın təmin olunmasına, eləcə də, xalqların rifahının daha da yüksəldilməsinə xidmət edir".

Fikirlərinin davamı olaraq millət vəkili T.Cəfərova qeyd edib ki, R.T. Ərdoğanın Naxçıvana səfəri çərçivəsində Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak etməsi də şübhəsiz ki, xüsusi rəmzi məna daşıyır:

"Nəzərə alsaq ki, qardaş ölkə Prezidentinin bu səfəri Azərbaycanın suverenliyini tam bərpa etməsindən dərhal sonra reallaşdı. Bu əlamətdar hadisə Naxçıvanın strateji əhəmiyyətini ortaya qoymaqla yanaşı, xarici auditoriyaya, Ermənistana və onun havadarlarına çox ciddi mesajdır. Onu da qeyd etməliyik ki, Türkiyə Prezidentinin Naxçıvana səfəri Zəngəzur karidoru ilə bağlı Ermənistanın öhdəliyinin xatırladılması və bu istiqamətdə bir çox məsələlərin reallaşması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".

Sonda millət vəkili T.Cəfərova qeyd edib ki, proseslərin inkişaf dinamikası onu deməyə əsas verir ki, tarixin bütün dövrlərində olduğu kimi gələcəkdə də Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olacaq.

"İki ölkə regionda sülhün və əmin-amanlığın bərqərar olması istiqamətində birgə səylərini bundan sonra da uğurla davam etdirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1081   Tarix: 26 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr