"Veysəloğlu Distribusiya" dünya brendlərini ölkəmizin hər nöqtəsində əlçatan edir

"Veysəloğlu Distribusiya" dünya brendlərini ölkəmizin hər nöqtəsində əlçatan edirŞirkət 10000-dən artıq satış məntəqəsini 3500-dən çox çeşiddə məhsul ilə təmin edir.

1994-cü ildə təsis edilmiş "Veysəloğlu Distribusiya" şirkəti tanınmış dünya brendlərinin məhsullarını Azərbaycan istehlakçıları üçün əlçatan edir.

Şirkət Bakı baş ofisi, Mingəçevir və Salyanda yerləşən regional mərkəzləri ilə yanaşı, Sumqayıt, Xaçmaz, Göyçay, Qəbələ, Şəki, Sabirabad, Lənkəran, Bərdə, Gəncə və Tovuzda satış ofisləri və əməkdaşları ilə xidmət göstərir. Həmçinin Naxçıvan Muxtar Respublikasında "Veysəloğlu Distribusiya" şirkətinin ölkəyə gətirdiyi gündəlik tələbat məhsullarının satışını həyata keçirən sub-distributoru fəaliyyət göstərir.

Bu gün "Veysəloğlu Distribusiya" 150-dən çox yerli və qlobal istehsalçı ilə tərəfdaşlıq edir, 10000-dən artıq satış məntəqəsində 3500-dən çox çeşiddə məhsulun distribusiyasını həyata keçirir.

Şirkət şirniyyat, heyvan yemləri, qastronom və dondurulmuş məhsullar, təmizlik və şəxsi gigiyena vasitələri, içkilər (alkoqollu və alkoqolsuz) kateqoriyalarından olan bir çox məhsulların ölkəmizdəki distributorudur.

Yerli və beynəlxalq istehsalçıların məhsullarını kiçik məhəllə mağazalarından tutmuş böyük hipermarketlərə qədər təqdim edən "Veysəloğlu Distribusiya" şirkəti 2000-ə yaxın əməkdaşı ilə operativ və keyfiyyətli xidmət göstərir.

Həm istehsalçı partnyorlarının, həm də müştərilərinin tələblərini yüksək səviyyədə qarşılayan "Veysəloğlu Distribusiya" şirkəti Cənubi Qafqazda yerləşən ən iri logistika mərkəzlərindən birinə sahibdir. Güclü anbar və logistika imkanları, geniş distribusiya əhatəsi, təcrübəli satış komandası şirkəti beynəlxalq təchizatçılar üçün etibarlı tərəfdaşa çevirməkdədir.

Daim yeniliklərə və innovasiyalara açıq olan "Veysəloğlu Distribusiya" şirkəti sürətlə rəqəmsallaşmaqdadır. Satış proseslərini beynəlxalq proqram təminatı olan SAP üzərindən həyata keçirən şirkət müştərilərinə ənənəvi satışla yanaşı, onlayn satış platforması üzərindən də xidmət göstərməkdədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 922   Tarix: 26 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr