Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər Məscidinə aparılıb - YENİLƏNİB + VİDEO
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər Məscidinə aparılıb.
"Report" xəbər verir ki, hazırda mərhumun ailə üzvləri, yaxınları, millət vəkilləri və bir sıra ictimaiyyət nümayəndələri ora toplaşıblar.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
21:41
Vəfat edən millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb.
Bu barədə "Qafqazinfo"ya mərhumun qardaşı Hüseyn Paşayev məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.
20:58
Baku TV millət vəkili Qənirə Paşayevanın vəfat etdiyi Mərkəzi Klinikadan canlı yayıma çıxıb.
Qeyd edək ki, Tovuzun Düz Qırıqlı kəndində anadan olan Qənirə Paşayeva bir vaxtlar ANS televiziyasında müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. O, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub. Mərhum Qənirə Paşayeva həm də Gürcüstanın fəxri vətəndaşı idi.


20:28
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Bunu "Report"a açıqlamasında deputatın ailə üzvləri deyib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Məlumat üçün bildirək ki, Paşayeva Qənirə Ələsgər qızı 1975-ci ildə anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsində çalışıb. "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən" və "Səndən sonra" kitablarının, "Bülbül kimi gül aşiqi" adlı məqalənin sahibidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Gələcəkdə yay yarım il davam edə bilər
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı
Kamran Əsədovun 3 il həbsi tələb edildi