Şəhidin yeni doğulan əkiz övladları üçün hesab açılacaq - FOTO
Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
Fonddan verilən məlumata görə, bu məqsədlə 2000 manat vəsait ananın hesabına köçürülüb.
Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 manat vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.
Qeyd edək ki, fondun "Onlar bizə əmanət" layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.
Xatırladaq ki, Səbuhi Əliyev 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə "Cəsur döyüşçü" medalı ilə təltif olunub və bir həftə öncə Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1724 Tarix: 29 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabr