Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək futbol qarşılaşmaları - AFİŞA
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.
İngiltərə Premyer Liqasında VII turun mərkəzi matçı Londonda "Arsenal" və "Mançester Siti" arasında baş tutacaq. Ötən tur "Tottenhem"ə uduzan "Liverpul"u "Brayton"la, Çempionlar Liqasında Fransa PSJ-sini darmadağın edən (4:1) "Nyukasl"ı "Vest Hem"lə səfər oyunu gözləyir.
Fransa Liqa 1-də son çempion PSJ "Renn"in qonağı olacaq.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Leverkuzen "Bayer"i Almaniya Bundesliqasının VII turunda autsayder "Köln"ü sınağa çəcəkək. Qələbə "Bayer"i zirvəyə yüksəldəcək. "Bavariya" isə bu tur "Frayburq"la üz-üzə gələcək.
İtaliya A Seriyasında son çempion "Napoli" "Fiorentina"nı qəbul edəcək. Mövsümə uğursuz başlayan "Roma" "Kalyari" ilə qarşılaşacaq. Paytaxt təmsilçisi bu matçda qələbə qazana bilməsə, baş məşqçi Joze Mourinyonun istefaya göndəriləcəyinə dair xəbərlər var.
İspaniya La Liqasında son çempion "Barselona" autsayderlər sırasında qərarlaşan "Qranada" ilə üz-üzə gələcək. "Atletiko Madrid" "Real Sosyedad"la münasibətlərinə aydınlıq gətirəcək.
Türkiyə Super Liqasında "Fənərbağça" "Kasımpaşa"ya qalib gəlməklə liderliyi geri qaytarmağa çalışacaq. Baş məşqçisi Şenol Güneşlə yollarını ayıran "Beşiktaş" "İstanbulspor"u sınağa çəkəcək.
İngiltərə Premyer Liqası
17:00. "Brayton" - "Liverpul"
17:00. "Vest Hem" - "Nyukasl"
19:30. "Arsenal" - "Mançester Siti"
Fransa Liqa 1
23:00. "Rsnn" - PSJ
Almaniya Bundesliqası
17:30. "Bayer" (Leverkuzen) - "Köln"
19:30. "Bavariya" – "Frayburq"
İtaliya A Seriyası
20:00. "Kalyari" - "Roma"
22:45. "Napoli" - "Fiorentina"
İspaniya La Liqası
18:15. "Atletiko Madrid" - "Real Sosyedad"
23:00. "Qranada" - "Barselona"
Türkiyə Super Liqası
17:00. "Beşiktaş" - "İstanbulspor"
20:00. "Kasımpaşa" - "Fənərbağça"
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 736 Tarix: 08 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib. Bu barədə -a Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayış
12 oktyabrBakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri
14 oktyabrAsif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabrDanimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib
Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/
15 oktyabr"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l
16 oktyabrGüləşçimizdən DÇ-də gümüş medal
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç
14 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabr