"Cənab prezidentin Xankəndiyə səfəri, Azərbaycan bayrağını ucaltması xüsusi önəm daşıyır" - Ceyhun Məmmədov
"Cənab prezidentin Xankəndiyə səfəri, Azərbaycan bayrağını ucaltması xüsusi önəm daşıyır. Bu, təkcə Ermənistana verilmiş mesajlar deyil, Ermənistanın havadarlarına da verilmiş mesajlardır".
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Sonxeber.az-a bildirib.
O qeyd edib ki, bu əraziləri Azərbaycan yenidən quracaq, tikəcək, yaradacaq, abad edəcək və bunun üçün də bir sıra zəruri tədbirlər həyata keçiriləcək:
"Qarabağın bütün ərazilərində Azərbaycanın konstitutsion quruluşunun təmin edilməsi, Azərbaycan dövlətinin nəzarətinin tam təmin olunması böyük və mühüm hadisədir. Uzun illərdir ki, bu proses davam edirdi.Separatçılığın bütün təzahürləri, təbliğatları məhz həmin binadan başladı və bütün Qarabağ ərazisini əhatə etdi. Öz qonaqpərvərliyini ermənilərə göstərən, onlara qucaq açan Azərbaycana qarşı ermənilər xəyanət etdilər və bu gün onlar xəyanətin cəzasını alırlar. Cənab prezidentin Xankəndiyə səfəri, Azərbaycan bayrağını ucaltması xüsusi önəm daşıyır. Bu, təkcə Ermənistana verilmiş mesajlar deyil, Ermənistanın havadarlarına da verilmiş mesajlardır. Cənab prezident qeyd etdi ki, bu hadisələr Fransada bir məqalənin dərc olunması ilə başladı və münaqişə alovlanmağa başladı. Nəticə etibarilə də ermənilərin öz başında çatladı. Artıq bu ərazilər Azərbaycanın nəzarətindədir. Bu əraziləri Azərbaycan yenidən quracaq, tikəcək, yaradacaq, abad edəcək və bunun üçün də bir sıra zəruri tədbirlər həyata keçiriləcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb