Azərbaycanın siyasi partiyaları Prezidenti Xankəndiyə görə təbrik ediblər

Azərbaycanın siyasi partiyaları Prezidenti Xankəndiyə görə təbrik ediblərAzərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Oxu.Az xəbər verir ki, müraciətin mətnində deyilir:

"Möhtərəm cənab Prezident,

Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlmişdir.

Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində nail olduğunuz uğurlar ölkəmizi addım-addım Zəfər Gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırmışdır. Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu gərgin zəhmətinizin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə yaşayan müxtəlif etnik və dini kimliklərə mənsub vətəndaşlarımıza bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqun bərqərar olması ölkəmizin bugünkü qürur dolu tarixinin sütunları hesab edilə bilər. Heç şübhəsiz, bütün bunlar yalnız böyük amallara xidmət edən və ali hədəflərə yönələn, hər bir addımında dövlətini və xalqını düşünən siyasi liderin qətiyyətinin nəticəsində mümkün olmuşdur.

Ötən 20 il ərzində Azərbaycan izin rəhbərliyiniz altında öz ərazi bütövlüyünü təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasına nail olmaq üçün çətin sınaqlardan keçmişdir. Siz Qarabağda kök salmış cinayətkar rejimin, terrorçu dəstələrin, onların xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması üçün beynəlxalq təşkilatların, beynəlxalq hüququn gücünə tam arxayın olmamış, bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmusunuz. Bununla yanaşı, Siz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması, güclü beynəlxalq tərəfdaşlar qazanması üçün uzaqgörən siyasət həyata keçirmisiniz. Bu baxımdan 44 günlük haqq savaşımızda bütün Azərbaycan xalqı həm də xarici siyasətdə əldə olunan uğurların möhtəşəmliyinə şahidlik etmişdir.

Möhtərəm cənab Prezident,

İndi Azərbaycan dövləti uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfərinin təntənəsini yaşayır. Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük Qələbənin nəticəsində tarixin qaranlığına qərq olmuşdur. Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə ərazisində vahid ana qanun kimi tətbiq olunur. Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsində deyil, məhz güclü iqtisadiyyatımızın, qəhrəman Ordumuzun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olmuşdur.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir.

1. Yeni Azərbaycan Partiyası;

2. Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı;

3. Ana Vətən Partiyası - sədr Fəzail Ağamalı;

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Qüdrət Həsənquliyev;

5. Böyük Quruluş Partiyası - sədr Fazil Mustafa;

6. Demokratik İslahatlar Partiyası - sədr Asim Mollazadə;

7. Vəhdət Partiyası - sədr Tahir Kərimli;

8. Azərbaycan Demokratik Maarifçilik Partiyası - sədr Elşən Musayev;

9. Milli Cəbhə Partiyası - sədr Razi Nurullayev;

10. REAL Partiyası - sədr İlqar Məmmədov;

11. Haqq Ədalət Partiyası - sədr Əli İnsanov;

12. Azərbaycan Demokrat Partiyası - sədr Sərdar Cəlaloğlu;

13. Ədalət Partiyası - sədr İlyas İsmayılov;

14. Azərbaycan Ümid Partiyası - sədr İqbal Ağazadə;

15. Klassik Xalq Cəbhəsi Partiyası - sədr Mirmahmud Fəttayev;

16. Azərbaycan Milli İstiqlal Partiyası - sədr Arzuxan Əlizadə;

17. Müasir Müsavat Partiyası - sədr Hafiz Hacıyev;

18. Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev;

19. Böyük Azərbaycan Partiyası - sədr Elşad Musayev;

20. Ağ Partiya - sədr Tural Abbaslı;

21 . Azad Vətən Partiyası - sədr Akif Nağı;

22. Gələcək Azərbaycan Partiyası - sədr Ağasif Şakiroğlu;

23. Yeni Zaman Partiyası - sədr Musa Ağayev".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 768   Tarix: 16 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun
.

Prezident sloveniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v

25 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl

8 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun