"Qarabağa köçürülən ermənilərin əksəriyyəti müharibə cinayətlərini törətmiş şəxslərdir" - Deputatla MÜSAHİBƏ
"Ötən ilin sonunda cənab prezident böyük bir dövlət proqramı qəbul etdi. "Böyük Qayıdış" proqramı çərçivəsində yaxın 5 ildə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə bizim məskunlaşma prosesimiz sürətlənəcək. Təqribən 3 minə yaxın ailənin köçürülməsini nəzərdə tuturuq. Yaxın zamanda Xankəndi və digər işğaldan azad olunmuş ərazilərdə bərpa prosesi gedəcəkdir".
Bu sözləri Sonxeber.az-a müsahibəsində Milli Məclisin deputat, Əmək və Sosial-Siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat qeyd edib ki, erməni əsilli sakinlərlə və Qarabağdan məcburi koçkün düşmüş vətəndaşlarımızın birlikdə yaşamağı psixoloji cəhətdən çətin olacaq:
" Arada 30 ilin düşmənçiliyi var. Qarabağda erməni silahlı birləşmələrinin böyük əksəriyyəti bizə qarşı silah işlətmiş adamlardı. Ermənilərə uzun illər Anti-Azərbaycan təbliğatı aparılıb. Bu təbliğatın özünün mənfi təsirləri olacaqdır. Bu baxımdan Rusiya sülhməramlıların bölgədə qalmağı müəyyən dövr üçün lazımdır. Ermənistanın Türkiyə ilə iqtisadi əməkdaşlığı başlayarsa prosesə müsbət təsirini göstərəcəkdir. Hesab etmirəm ki, ciddi bir qarşıdurma olsun. Amma psixoloji cəhətdən bir-birini qəbul etmək, həzm etmək o qədər asan bir məsələ deyil".
Son olaraq deputat müsahibə zamanı Xankəndi və ətraf ərazilərdə görüləcək idarəetmə və quruculuq məsələlərindən, anti-Azərbaycan mövzeyi yeridən dünya dövlətləri və Ermənistan tərəfinin yaydığı əsassız bəyanatlara aydınlıq gətirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb