Avropada günün maraqlı futbol oyunları: İngiltərə və Türkiyədə derbi həyəcanı - AFİŞA
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında IX tur derbi ilə başlayacaq. Mersisayd derbisində əzəli rəqiblər - "Liverpul" və "Everton" birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Axşam isə London derbisi baş tutacaq. Uğursuz çıxış edən "Çelsi" doğma meydanda "Arsenal"la üz-üzə gələcək.
"Dumanlı Albion"da bu gün, həmçinin, "Mançester Siti" - "Brayton", "Nyukasl" - "Kristal Pelas", "Şeffild Yunayted" - "Mançester Yunayted" kimi digər maraqlı oyunlar da baş tutacaq.
Fransa Liqa 1-də son çempion PSJ "Strazburq"u sınağa çəkəcək. "Marsel" isə ikinci pillədə qərarlaşan "Nitsa"nın qonağı olacaq.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi olan Leverkuzen "Bayer"i Almaniya Bundesliqasının VIII turunda "Volfsburq" səfərinə yollanacaq. Son çempion "Bavariya" autsayderlər sırasında qərarlaşan "Maynts"ın qonağı olacaq.
İtaliya A Seriyasında son çempion "Napoli" "Verona"nın, "İnter" isə "Torino"nun qonağı olacaq.
İspaniya La Liqasında lider "Real Madrid" uğursuz mövsüm keçirən "Sevilya"nın qonağı olacaq. Paytaxtın digər təmsilçisi "Atletiko Madrid" isə son sıralarda qərarlaşan "Selta" ilə səfər oyununa çıxacaq.
Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq. Son çempion "Qalatasaray" öz meydanında "Beşiktaş"la münasibətlərinə aydınlıq gətirəcək.
Avropada günün maraqlı futbol qarşılaşmaları
21 oktyabr (şənbə)
İngiltərə Premyer Liqası
15:30. "Liverpul" - "Everton"
18:00. "Mançester Siti" - "Brayton"
18:00 "Nyukasl" - "Kristal Pelas"
20:30. "Çelsi" - "Arsenal"
23:00. "Şeffild Yunayted" - "Mançester Yunayted"
Fransa Liqa 1
19:00. PSJ - "Strazburq"
23:00. "Nitsa" - "Marsel"
Almaniya Bundesliqası
17:30. "Volfsburq" - "Bayer"
20:30. "Maynts" - "Bavariya"
İtaliya A Seriyası
17:00. "Verona" - "Napoli"
20:00. "Torino" - "İnter"
İspaniya La Liqası
20:30. "Sevilya" - "Real Madrid"
23:00. "Selta" - "Atletiko Madrid"
Türkiyə Super Liqası
20:00. "Qalatasaray" - "Beşiktaş"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə hər heyvana görə 4 manat veriləcək
Yuxuda ilan görmək əslində nə deməkdir? - 10 fərqli yozum
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi
Elm adamlarına görə ƏN GÖZƏL körpə adı
Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir - VİDEO
Aparıcı Sara ölüm cəzasına MƏHKUM EDİLDİ
Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Əməkdar artist komaya düşüb
Gəlin paltarı geyinən xanımı çimdikləyən satıcı ilə bağlı qərar verildi
İlham Mirzəyevin vəziyyəti ağırdır
Sabah da yağış yağacaq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq