Öldürülən Qadın Müğənnilərimiz - FOTOLAR
Qadınlara qarşı zorakılıq və qətllər davam edir. Öldürülən qadınların sayı durmadan artır. Qadın qətliamları müəyyən məcrada davam etsə də, ciddi fərq yaradacaq əsl artım şübhəli qadın ölümlərindədir. BiG.AZ bu dəfə öldürülən qadın müğənniləri təqdim edir.
Səbinə Abbasova- Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Səbinə Abbasova müğənni olub və ögey qardaşı tərəfindən öldürülüb. Qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov ilə bağlı iş üzrə şübhəli şəxs qismində tutulub. Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirib və əvvəl də cinayət əməli törədibmiş.
Yaqut Həşimova - Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. o, "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.
Aşıq Gültəkin - Aşıq Gültəkin Qəmbərqızı boşanıb ayrıldığı həyat yoldaşı tərəfindən 2005-ci ild qısqanclıq zəminində amansızcasına qətlə yetirilib. Əri ona 21 bıçaq zərbəsi vurub. O, vaxtıyla "Aşıq Pəri məclisi"nin üzvü idi və bacısı Aytəkin Qəmbərqızı ilə ölkənin ən istedadlı qadın aşıqlarından sayılırdı. Çox heyf ki, faciəvi hadisə ilə həyatına son qoyuldu.
Nəzakət Məmmədova - 1944-cü il təvəllüdlü Nəzakət Məmmədova Gəncə şəhərində anadan olub. Azərbaycan SSR əməkdar artisti idi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan həkimə- Karol Anatoli İvanoviçə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Qeyd edək ki, erməni əsilli həkim əməliyyatda içkili vəziyyətdə olub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3810 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMeşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə
28 avqust 2021Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı
Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl
13 sentyabr 2021Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü
Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya
16 sentyabr 2021Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral
11 sentyabr 2021Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı
Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal
8 sentyabr 2021Qaxda meşəlik ərazidə yanğın BAŞLADI
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri
25 avqust 2021Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd
11 sentyabr 2021İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit
22 avqust 2021