"Azərbaycanda gələcək riskləri məhdudlaşdırmaq üçün uçot dərəcəsini aşağı salırıq" - AMB
Azərbaycan Mərkəzi Bankın (AMB) proqnozlarına görə, inflyasiya səviyyəsi növbəti orta müddətdə hədəf diapazonunda (4 %+/-2 %) olacaq.
Sonxeber.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.
T. Kazımov bildirib ki, orta müddət dedikdə iki il nəzərdə tutulur:
"Mərkəzi bank inflyasiya səviyyəsini hər il üçün deyil, ortamüddətli dövr üçün nəzərdən keçirir. Digər tərəfdən, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində həmçinin pul-kredit siyasətinin yumşaldılmasını aparırıq. Planımıza görə, bu ilin sonuna kimi pul bazamız 20 %-ədək artacaq. Bu da gələcəkdə makroiqtisaid sabitlik nöqteyi-nəzərdən kifayət qədər risklər yaradır. Ona görə də uçot dərəcəmizin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq".
Xatırladaq ki, noyabrın 1-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 7,5 %-dən 7 %-ə, faiz dəhlizinin yuxarı həddi isə 10 %-dən 9,5 %-ə endirilib.
Mərkəzi Bankın proqnozlarına görə, illik inflyasiya 2023-cü ilin sonuna 4,3 %, 2024-cü ildə 5,3 %, 2025-ci ildə isə 3,4 % olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 563 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Allahverdiyev dəfn olundu - Fotolar
Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd
18 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabr