"Kirayə ev" adı altında vətəndaşları aldadan şəxs saxlanıldı
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "kirayə ev" adı altında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daşınmaz əmlak saytlarında "kirayə ev" adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Röyal Hüseynov məsuliyyətə cəlb olunub.
Saxlanılan şəxs ifadəsində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə onlayn yolla ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qırıb atdığını bildirib. Araşdırma zamanı müəyyən edilib ki, R.Hüseynov guya kirayə müqaviləsi bağlamaq adı altında zərərçəkmişlərdən şəxsiyyət vəsiqələrinin fotoşəklini tələb edib və iz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələri ilə özünə yeni mobil nömrələr alaraq dələduzluq əməllərini başqa şəxslərə qarşı da davam etdirib.
Faktla bağlı araşdırma aparılır.
R.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
DİN vətəndaşları kirayə və yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməməyə çağırır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 904 Tarix: 02 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Allahverdiyev dəfn olundu - Fotolar
Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Hərbi Memorial Məzarlıqd
18 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabr