Bütün bədəni yanan yeddi yaşlı Yağmur sizin yardımınıza möhtacdır - FOTO
2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Şəfa Abdullayeva məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Ananın sözlərinə görə, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandırmaq, isinmək üçün çaydanı onun üzərinə qoymaq istəyib:
"Qazı yandırmaq istəyərkən külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. Üç həftə reanimasiyada qaldı.
Biz fəhləlik edərək pulumuzu qazanırıq. Ona iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatların pulu yardımsevər insanların köməyi ilə toplandı. Amma Yağmurun müalicələrini apara bilmirik. Nəyimiz varsa, satmışıq. Yağmurun yanan yerləri göynədiyi üçün yatağa məhkum olub. Yağmur isə özünə güzgüdə baxmağa utanır, ağlayır. Qızım əməliyyat olsa da, yaraları sağalmaq bilmir. Sağalma sürəti demək olar ki, çox zəifdir.
İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Yağmurun müalicəsini təmin etmək üçün bizə yenidən dəstək olsunlar. Bu müalicə müddətində yanan yerlərə köçürülən dərinin tikişlərinin bir-birindən aralanmaması üçün ona silikondan hazırlanmış geyim almalıyıq. Bu geyimin qiyməti 3200 manatdır. Xalqımdan xahiş edirəm ki, bu pulu toplaya bilməyimiz üçün bizə dəstək olsunlar".
Əlaqə nömrəsi: (077) 310-54-57 (anası Abdullayeva Şəfa).
UNİBANK: 5243 7544 4206 2368





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 688 Tarix: 03 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr