"Məhkəmələrə qarşı ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir"

"Məhkəmələrə qarşı ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir"Bəzi hallarda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ayrı-ayrı məhkəmə qərarlarının müzakirəyə çıxarılmasının şahidi oluruq. Belə ki, məhkəmə qərarının obyektiv və ədalətli olmadığı iddia olunur, hakimlərə qarşı ittihamlar səsləndirilir. Hətta əvvəllər bəraət hökmlərinin az olmasına görə tənqid olunan məhkəmə hakimiyyəti artıq çıxarılan bəraət qərarlarına görə də tənqidə tuş gəlir. Səslənən fikirlər bəzən tənqid həddini aşaraq təhqir səviyyəsinə keçir. Bu cür yanaşmalar hakimlərin şərəf və ləyaqətini alçaltmaqla yanaşı, cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamın zədələnməsinə səbəb olur.

Mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, məhkəmənin yekun qərarı qüvvəyə minmədən bu barədə müzakirələr aparmaq, məhkəmə ətrafında ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir.

Deputat bildirib ki, "Məhkəmələr və hakimlər haqqında" Qanunun 9-cu maddəsinə əsasən, hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur: "Düzdür, Azərbaycanda kimsə məhkəmələrin iradəsinə təsir edə bilməz, amma çox təəssüf ki, bu gün sosial mediada və antimilli dairələrin muzdlu mediasında "fikir və söz azadlığı", habelə "məlumat azadlığı" adı altında məhkəmə fəaliyyətinə müdaxilə və təzyiq cəhdləri artmaqdadır".
"Məhkəmələrə qarşı ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir"B.Məhərrəmov deyib ki, məhkəmə qərarından narazı olan şəxs bunu sosial mediada müzakirəyə çıxarmaq əvəzinə, yuxarı instansiya məhkəmələrinə müraciət etməlidir: "Məhkəmə elə bir strukturdur ki, hər bir iş üzrə udan, uduzan tərəflər var, qərardan bir nəfər razı varsa, azı bir nəfər narazı olur. Şou naminə haqsız narazılıq edənləri dinlənilməklə yanaşı, insafla davranıb ədalətli və qalib tərəflərə də söz haqqı tanınmalıdır. Məhkəmə ədalətinə yalnız uduzan tərəfin rakursundan baxmaq olmaz. İkincisi, məhkəmə qərarından narazılıq varsa, bu hissin ifadə yeri media, yaxud sosial media deyil, yuxarı instansiyadır. Bu gün qaragüruh "ictimai nəzarətlə" sanki vətəndaşı məhkəmədən qoruyurmuş kimi bir fon yaradır, amma bu, yersiz özfəaliyyətdir. Məhkəmə özü haqqı bərpa edən orqandır, cinayət-prosessual qanunvericiliyi də ona yönəlib ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, hüquq və azadlıqların digər məhdudiyyətlərinə məruz qalmasın. Bu mənada, heç bir siyasiləşmiş "ictimai nəzarət" işlək qanunlardan daha effektiv ola bilməz. Əgər kimsə məhkəmə qərarı ilə razılaşmırsa, qanunla müəyyən edilmiş müddətdə və formada apellyasiya, kassasiya şikayəti verə bilər. Hətta beynəlxalq məhkəmələrə rahat müraciət mexanizmləri var. Ədalət məhkəmə zalında bərpa olunur, siyasiləşmiş, məqsədli sosial media səhifələrində yox. Ümumiyyətlə, məhkəmənin yekun qərarı qüvvəyə minmədən bu barədə müzakirələr aparmaq, məhkəmə ətrafında ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir. Hakim ictimai təzyiqin təsiri altında yox, qanunlara, daxili inamına əsaslanıb ədalət mühakiməsini həyata keçirir. Amma, təəssüf ki, bu gün qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərinin məhkəmə işləri, xüsusən cinayət təqibi üzərində ictimai mühakimə qurması, məhkəmə üzərində linç kampaniyası aparması adi hala çevrilib. Baxmayaraq ki CPM-in 25.5-ci maddəsində açıq formada ifadə olunur ki, heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən onların icraatlarında olan işlərlə bağlı izahat tələb etməyə hüququ yoxdur. Bu qanunu görməzdən gələnlərə media və sosial media səhifələrində qanunçuluqdan danışmağa imkan verilməməlidir".
"Məhkəmələrə qarşı ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir"Vəkil İlhamə Həsənova da hakimlərə qarşı əsassız ittihamların səsləndirilməsinin yolverilməz olduğunu deyib: "Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə, həmçinin Azərbaycan Respublikası Konstitusiyasınınn 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Ona görə də hər kəs bu hüququndan istifadə edə bilər. Vətəndaşın hüququ var ki, özü barəsindən çıxarılmış məhkəmə qərarını müzakirə etsin. Lakin məhkəmənin və hakimin adı konkret olaraq göstərilməklə həmin qərarların müzakirəsi yol verilməzdir. Burada vətəndaşlar ifadə azadlığına istinad edə bilərlər, lakin belə bir tezis var ki, hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Nəzərinizə çatdırım ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində də fikir və söz azadlığı azadlıqlarının məhdudiyyətlərə və ya sanksiyalara məruz qala biləcəyi hallar müəyyən olunub ki, onlardan biri də ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin edilməsi ilə bağlıdır".

Vəkil hesab edir ki, məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən məlumatların yayılması ilə bağlı məsuliyyət nəzərdə tutulması yaxşı olardı: "Bəzən olur ki, hansısa məhkəmə, yaxud bütövlükdə məhkəmə hakimiyyəti hədəfə alınır. Yazırlar ki, filan məhkəmədə rüşvətxorluq baş alıb gedir, bu məhkəmənin hakimləri rüşvətxordur və s. Yəni, artıq burda söhbət konkret hakimdən getmir, bütövlükdə məhkəmələrə yönəlir. Bu, düzgün deyil".

İ.Həsənova son zamanlar məhkəmələr tərəfindən çıxarılan bəraət hökmlərinin sayınınn artmasını da müsbət qiymətləndirib: "Bəraət qərarlarının artması yaxşı tendensiyadır. Bəraət o halda verilir ki, irəli sürülən ittiham məhkəmədə sübuta yetirilmir. İttihamın məhkəmədə sübuta yetirilməməsi isə hər bir işin konkret hallarından asılıdır. Yəni, bir maddə ilə kiminsə bəraət alması o demək deyil ki, eyni əməli törətmiş digər şəxslər də mütləq bəraət ala bilərlər. Bu, heç kimdə arxayınlıq yaratmamalıdır. Tutaq, mən Cinayət Məcəlləsinin bir maddəsi ilə ittiham olunuram, başqa bir şəxs də eyni maddə ilə ittiham olunur. Mənim məhkəmə işimdə ittiham tərəfinin sübutları mötəbər sübut olmur və təqsirim sübuta yetirilmir, ona görə də mənə bəraət verilir. Amma digər şəxsin təqsiri sübuta yetirilir və ona müvafiq cəza təyin olunur. Yəni, bu məsələlərdə sübutlar mühüm rol oyanır".
"Məhkəmələrə qarşı ictimai təzyiq mühiti formalaşdırmaq yolverilməzdir"Vəkil Anar Qasımlı isə məhkəmə qərarlarının yalnız peşəkar müstəvilərdə müzakirəsinin arzuolunan olduğunu deyib: "Demokratik cəmiyyətdə müzakirə çox önəmlidir. Təbii ki, məhkəmə qərarları da müzakirə oluna bilər. Lakin mən bir hüquqşünas olaraq peşəkar mövzuların qeyri-peşəkar müstəvilərdə müzakirə olunmasını sevmirəm. Məhkəmə qərarları peşəkar səviyyədə müzakirə olunmalıdır. Məsələn, yalnız vəkillərin, prokurorların, hakimlərin iştirak etdiyi bir platforma olsa və bu qərarlar həmin platformada müzakirə olunsa, daha yaxşı olardı. Çünki sosial şəbəkələrdə müzakirə bir çox hallarda təhqirlərə yol açır. Bu cür müzakirələr hakimin toxunulmazlığı, müstəqilliyi, bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzu üçün çox mənfi haldır. Məhkəmə qərarı Azərbaycan Respublikasının adından çıxarılır. Biz onunla razılaşsaq da, razılaşmasaq da, qanuni qüvvəsini aldıqdan sonra məcburidir. Əgər şəxs məhkəmə qərarından narazıdırsa, bunu müzakirəyə çıxarmaq əvəzinə, həmin qərardan yuxarı instansiya məhkəmələrinə şikayət edə bilər. İstənilən halda biz məhkəməyə hörmətsizlik etməməliyik".

Vəkil çıxarılan qərarlara görə məhkəmələrə qarşı hörmətsizlik edilməsini yolverilməz hesab etsə də, hakimlərin şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac görmədiyini deyib: "Hakim ədalətlidirsə, öz fəaliyyətində yalnız qanunu rəhbər tutaraq qərar qəbul edibsə və haqsız tənqidlə üzləşibsə, düşünürəm ki, o, öz şərəf və ləyaqətinin müdafiəsini hazırki qanunlar çərçivəsində təmin edə bilər".

A.Qasımlı bəraət hökmləri ilə bağlı məsələyə münasibət bildirib: "Hesab edirəm ki, bəraət hökmlərinin az və ya çox olması müzakirə olunmamalıdır. Belə bir statistika aparılmamalıdır. Hakimlər niyə az bəraət verir, bəraət hökmləri çox olmalıdır və s. kimi tələb qoyulmamalıdır. Əgər ittiham düzgün verilibsə və məhkəmə də işə düzgün baxıbsa, qərəzli münasibət olmayıbsa, onda bəraət də olmamalıdır. Bəraət qərarı varsa, demək ki, əvvəlki mərhələdə araşdırma qanunauyğun olmayıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 598   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr