"Bütün bölgələrimizə böyük qayıdış olmalıdır" - Zahid Oruc
Azərbaycanda böyük qayıdış yalnız işğaldan azad edilmiş ərazilərə deyil, bütün bölgələrimizə qayıdışı ehtiva etməlidir.
Sonxeber.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib.
"Hökumət böyük şəhərlər siyasətini işə salmalıdır. Türkiyədə daha çox şəhərləşmə prosesi gedir. Vətəndaş bütün təminatı bölgələrdə almalıdır ki, Bakıya üz tutmağı dayandırsın", - deyə o qeyd edib.
"Abşeron rayonunda əhalinin sıxlığı o qədər çoxdur ki, 216 min nəfər qeydiyyatdan kənar orada məskunlaşıb. Bu, özünü məktəblərin vəziyyətində göstərir. Məsələn, Naxçıvanda bir məktəbdə təhsil alan şagirdlərin sayı nəzərdə tutulandan 35 % azdırsa və bu, 100-120 min insanın ordan çıxıb getməyi deməkdirsə, Abşeronda bu sahədə vəziyyət tam əksinədir. 1 380 yerlik məktəbdə 6 177 şagird təhsil alır. Təsəvvür edin ki, bu təhsil sistemi üçün nə cür yüklənmədir və bölgənin demoqrafik balansının pozulmasıdır", - deyə deputat vurğulayıb.
Z.Oruc çıxışında Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunda təmir işlərinin uzanmasına da diqqət çəkib: "Bu yolla gedənlər düşünə bilərdi ki, təmir işləri 2-3 il çəkəcək. Amma bu, illərlə davam edəndə mədəniyyət, turizm və digər sahələr üçün problem yaradır. Bir əcnəbi turist o yolu üç il ardıcıl getsə, düşünəcək ki, ekskavatorlar niyə bu qədər işləyir. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin orada gördüyü işlərə kölgə salmır, amma yol mədəniyyətdir, strategiyadır, ləyaqətdir, siyasətdir. Ona görə də mən bilmək istəyirəm ki, Bakı-Şamaxı-İsmayıllı yolunun tam təmiri nə vaxt başa çatacaq?".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 636 Tarix: 03 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabr