Sevdiyi qızın videosunu dostunun telefonunda görən gənc dəhşət saçdı - Təfərrüat

Sevdiyi qızın videosunu dostunun telefonunda görən gənc dəhşət saçdı - TəfərrüatCəlilabad rayonunda 2003-cü il təvəllüdlü Loğman həmkəndlilləri - Cəlal və onun əmisi oğlu Kazımı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Sonxeber.az bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Loğman yetkinlik yaşına çatmadığı dövrdə həmkəndlisi Cəlalın mobil telefonunda özündən xəbərsiz sevdiyi qızın da görüntüləri olan videonun olduğunu öyrəndikdə həmin vedoçəkilişi mobil telefondan silməsi ilə bağlı 30 sentyabr 2021-ci ildə Cəlilabad rayonunun kəndi ərazisində söhbət edib.

Daha sonra hərə öz evinə gedib. Loğman Cəlalın videogörüntünü silməkdən imtinasını götür-qoy edib. Bunu özü üçün qəbuledilməz sayıb və onu öldürmək qərarına gəlib.

Bu məqsədlə həmin gün saat 21 radələrində mətbəx bıçağı götürüb və üzərində gizlədib. O, Cəlalın yaşadığı evə gedib.

Loğman darvazadan içəri daxil olub, həyətdə ona tərəf gələn Cəlala videogörüntünü silməkdən imtinasını bəhanə gətirirərək bıçaqla onun qarın nahiyəsinə vurub. Qaçaraq uzaqlaşan Cəlalın ardınca düşərək ona daha bir neçə bıçaq zərbəsi endirib.

Həyətdə Cəlalın qohumu Kazım ona mane olmaq istəyib. Loğman Kazımın da bel nahiyəsinə bıçaqla bir zərbə vurub. Hər iki yaralı vaxtında xəstəxanata çatdırıldığı üçün həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslər - Cəlal və Kazım həmkəndliləridir, onlarla münasibəti həmişə yaxşı olub, ədavət və düşmənçilikləri yoxdur: "Bundan başqa, həmkəndlim Əsədlə qohumluq münasibətim də var.

2021-ci il sentyabrın əvvəllərində kənd ərazisində Əsədlə rastlaşdım. Söhbət edərkən telefonda oyun oynamaq üçün mobil telefonumu istədi. Telefonumu ona verdim. Vaxt keçirmək üçün özüm də Əsədin telefonunu götürdüm. Əsədin telefonuna baxarkən yaşadığım kənddə kiminsə xınayaxma məclisində çəkilmiş videogörüntüdə sevdiyim qız Leylanın kadrda olduğunu gördüm.

Həmkəndlim Leylanı sevsəm də, qızın bundan xəbəri yoxdur. Həmin vaxt gördüyüm video ilə bağlı Əsədə heç nə demədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət Əsədlə bir yerdə olduqdan və telefonları bir-birilərinə qaytardıqdan sonra sağollaşaraq ayrılıblar: "3-4 gün sonra Əsədlə kənd ərazisində yenə rastlaşdım. Telefonunda olan xınayaxma məclisindəki videonu kiməsə verib-vermədiyini soruşdum. Videonun yalnız Cəlalda olduğunu dedi. Nəyə görə videonu soruşduğumu Əsəd bilmədi. Başqa bir söz demədən ondan ayrıldım.

Uzaqlaşdıqdan az sonra sevdiyim qızın, yəni Leylanın göründüyü videonun Cəlalda olması mənə pis təsir etdi, narahatlıq keçirdim. Leyla Cəlalın qohumu olduğun üçün ona video ilə bağlı nəsə deməyə də çətinlik çəkdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 30 sentyabr 2021-ci ildə, axşam saatlarında sevdiyi qızın olduğu video ilə bağlı Cəlala deməyi qərara alıb: "İstədim ki, Cəlal telefonundakı videonun silsin. Əvvəlcə Cəlala zəng vurdum, yerini soruşdum. Evdə olduğunu bildirəndə yaşadığı evin qarşısına getdim. Onu küçəyə çağırdım. Əsədin telefonunda xınayaxdıda çəkilən videonu gördüyümü, həmin videoda sevdiyim qız Leylanın da düşdüyünü, buna görə videonu silməsini istədim.
Ətraflı

Cəlal mənə dedi ki, get, sonra bu barədə söhbət edərik. Razılaşaraq oranı tərk etdim".

Loğmanın sözlərinə görə, Cəlal həmin gün saat 19 radələrində söhbət etmək üçün ona zəng vurub və onlar kənd ərazisində görüşüblər: "Cəlal video ilə bağlı mənimlə sakit tərzdə söhbət etdi. Leyla ilə qohum olduğunu xatırlatdı, bu videoda başqa bir şey göstərilmədiyiniı, belə bir şeyi ona deməyimin yanlış olduğunu bildirdi. Cəlalı başa düşdüm və sağollaşaraq ondan ayrıldım.

Yaşadığım evə qayıtdıqdan sonra yenə də video məsələsini fikirləşdim. Videonun Cəlalda qalmasını və onun videonu silməkdən imtina etməsini qəbul edə, özümə sığışdıra bilmədim. Bu səbəbdən qərara gəldim ki, Cəlalı cəzalandırım".

Loğman qeyd edib ki, sentyabrın 30-da saat 21 radələrində həyətlərində olan ərzaq mağazasına gedib və mətbəx bıçağı alaraq cibinə qoyub: "Sonra Cəlalgil tərəfə getdim. Onların evinə çatmağa az qalmış Cəlalın mobil telefonuna zəng vurdum. Onu küçə qapısının yanına çağırdım. Mən həyət qapısına çataraq içəri girdim.

Həyətdə Cəlal və əmisi oğlu Kazım birlikdə mənə yaxınlaşdı. Həmin vaxt Cəlalın dayısı oğlu Vaqif də həyətdə idi.

Cəlal mənə yaxınlaşıb nə baş verdiyini soruşdu. Ona heç bir söz demədim. Əsəbimdən danışa bilmirdim. Şalvarımın cibindən bıçağı çıxarıb Cəlalın qarınına vurdum. O, evə tərəf qaçmağa başladı. Arxasınca qaçdım, ona çataraq bıçaqla bir neçə dəfə də vurdum. Cəlal yerdən taxta parçası götürüb başıma vurdu. Daha da əsəbiləşdim, onu yenidən bıçaqla vurmaq istədim. Lakin Cəlalın əmisi oğlu Kazım məni arxadan qucaqlayaraq mane oldu. Kazıma məni buraxmasını desəm də, qulaq asmadı.

Kazımın məni buraxmadığını gördükdə onu özümdən kənarlaşdırmaq üçün əlimdəki bıçaqla qarnını vurdum. Bundan sonra Kazım məni buraxdı".

Loğman qeyd edib ki, evin qarşısında yerə yıxılmış Cəlala yaxınlaşıb, üzərində oturaraq onun bədəninə daha bir neçə bıçaq vurub: "Cəlal əlləri ilə itələyərək məni üzərindən kənarlaşdırmaq istəsə də, bıçaqla bir neçə dəfə vura bildim. Sonra səs-küyə Cəlalın anası Almaz evdən çıxdı. Qışqıraraq mənə yaxınlaşdı və Cəlalı vurmağıma mane oldu. Bıçaqla vurmağı saxladım.

Cəlalı vurarkən onun anası Almaza heç bir söz deməmişəm. Ona "tutma məni, onu öldürəcəm" deməyimi isə xatırlamıram.

Sonra həyətdən çıxdım, bıçağı hasarın yanına ataraq evimizə yollandım. Hadisəni törətdikdən az sonra kənd yoluna çıxdım və əmim Davuda zəng etdim. Ona hadisəni danışdım, olduğum yeri dedim. Əmimdən məni götürərək polis şöbəsinə aparmasını xahiş elədim.

Az sonra əmim maşınla kənd yolunda olan avtobus dayanacağına gəldi. Birlikdə rayon polis şöbəsinə getdik".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğman 9 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3573   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Masazırda 2 qadın qətlə yetirildi - Adları məlum oldu - Yenilənib

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfində

11 aprel
.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili

22 aprel
.

Daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, növbəti tədbirlərlə "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismə

12 mart
.

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidir

Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. "Qafqazinfo"ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib. O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasın

24 aprel
.

Ərini güllələyərək həyətdə basdırmaqda təqsirləndirilən qadın: "Səhərə qədər yer qazmışam"

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmil

2 aprel
.

55 yaşlı sürücü sükan arxasında öldü

Gəncədə sürücü sükan arxasında vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib. Şəhər ərazisində 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi "VAZ 2106" markalı 10-ES-234 nömrə nişanlı avtomobildə infarktdan ölüb. Faktla bağlı araşdırm

17 mart
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel
.

Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil

3 aprel