Sudanda bazar atəşə tutulub, azı 20 nəfər həlak olub
Sudanın paytaxtı Xartumda bazara mərminin düşməsi nəticəsində 20-dən çox insan ölüb.
"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə ölkədəki qeyri-hökumət təşkilatı olan Demokratiya Tərəfdarı Hüquqşünaslar Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu hadisə ordu rəisi Əbdülfəttah əl-Burhan və onun Çevik Dəstək Qüvvələrinə (RSF) komandanlıq edən keçmiş müavini Məhəmməd Həmdan Daqlo qüvvələri arasında aprel ayından bəri baş verən döyüşlərdə sonuncu qan tökülməsidir.
Açıqlamada iki tərəf arasında intensiv atışma zamanı mərmilərin Omdurman bazarına düşdüyü bildirilib. Omdurman dəfələrlə iki tərəf arasında şiddətli döyüşlərin meydanı olub.
Döyüşlərin böyük hissəsi əvvəllər Darfurun qərb bölgəsində aparılsa da, şahidlərin sözlərinə görə, paytaxt Xartumun cənubundakı ərazilərə də yayılıb.
Yerli qurumların hesablamalarına əsasən, indiyədək Sudan münaqişəsində 10 mindən çox insan həlak olub.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, müharibə təxminən 5,5 milyon insanın həm Sudan daxilində, həm də sərhədləri aşaraq qaçmasına səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 581 Tarix: 06 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabr