Azərbaycanda Milli Televiziya və Radio Günü qeyd olunur

Azərbaycanda Milli Televiziya və Radio Günü qeyd olunurAzərbaycanda hər il noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 67, radiosunun isə 97 yaşı tamam olur.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günündə ekranda Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Azərbaycan Televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Polad bloklardan yığılmış 180 metrlik ilk televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə "AzTV1" efirə çıxıb.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyaları, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiyası və studiya qurulub.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli TV (SECAM) yayıma keçid baş tutub.

1997-ci ildə I Respublika və Araz radioproqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.
2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.

Həmin ildə "Azərbaycan" və "İctimai" radioları, eləcə də "İctimai" televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" (Teleradio) İstehsalat Birliyi Fatmayı - Sumqayıt - Xızı - Dağbilici (Şabran) - Yergüc - Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmsal rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmsal rekonstruksiyası işləri çərçivəsində baş tutub.

2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

"Teleradio" İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 843   Tarix: 06 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı

"Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir." . Prezident İlham Əliyev. Respublikamızın müdrik, uzaqgörən rəhbəri Milli Liderimiz Heydər Əliyevin təşəbbüs

6 noyabr