Veysəloğlu Şirkətlər Qrupu Zəfər Günü ilə bağlı "Biz Qayıtdıq" qısa filmini təqdim edib
Filmdə Qarabağa qayıdışımızla təbiətin dirçəlişi mövzusuna diqqət çəkilir
Veysəloğlu Şirkətlər Qrupu Qarabağın işğaldan azad edilməsinin 3-cü ildönümü münasibətilə "Biz Qayıtdıq" adlı sosial film hazırlayıb.
Qısa film vasitəsi ilə Qarabağda törədilən ekoloji terror və torpaqların yaşıllaşdırılmasının vacibliyi mövzusu xüsusi vurğulanır. Filmdə yurdundan ayrı düşmüş, uşaqlıq və gənclik illərini vətən həsrəti ilə keçirmiş və torpaqları qəhrəmanlıqla geri almış insan talelərindən bəhs edilir.
Filmin əsas qəhrəmanı Ceyhun əslən Qarabağdan olan bir ailənin övladıdır. O, uşaq yaşlarından başlayaraq bayramlarda doğma kəndlərinə gedə bilmədiyi üçün kədərlənir. Ceyhunun yeniyetməlik illəri də bu həsrətlə keçir. Onun babası hər bayramda çinar əkməyə çalışır, lakin bu ağaclar böyümür. Baba nəvəsinə öz kəndlərindəki uca çinar ağacından bəhs edir və izah edir ki, indi əkdiyi ağacın yetişə bilməməsinin səbəbi onun doğma torpaqlardan ayrı olmasıdır. Filmin sonunda Ceyhunun qəhrəman hərbçi olduğunu, zəfər və qürur hissini, babanın Vətənə qayıtmasını və evlərinin qarşısındakı çinarın kəsildiyini görürük. Lakin Ceyhun həmin torpaqda yeni bir çinar ağacı əkir.
Veysəloğlu Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamentindən film barədə belə bildirilib: "Vətəndaşlığını dərk edən bir şirkət kimi, bizim üçün Qarabağ mövzusu, xüsusilə də ekoloji terrora məruz qalmış torpaqlarımızda həyatın bərpası çox həssas məsələdir. Odur ki, filmdə bu mövzuya diqqət cəlb etmək istədik. Özəl sektor olaraq torpaqlarımıza vurulmuş ekoloji zərbənin təsirlərinin aradan qaldırılmasına töhfə verməyə çalışırıq".
Qeyd edək ki, Qarabağın azad olunması uğrunda şərəfli mübarizədə Veysəloğlu Şirkətlər Qrupunun 600-dək əməkdaşı iştirak edib. Şirkətin 13 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, onlarla əməkdaşı medallarla təltif olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 792 Tarix: 06 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr