Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI - FOTO
Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Vazgeçme" verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb.
Sonxeber.az "bizim.media"ya istinadən xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının sənəd üzərindən çəkilən fotosunu paylaşıb.
Sənəddə yazılır:
"Keçən həftə "Didəm Arslan Yılmazla Vazgeçme" adlı verilişdə israrla adını çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan şəxslər tərəfindən şəxsi həyatın toxunulmazlığını tənzimləyən "Fərdi Məlumatların Qorunması Qanunu"nun pozuntusudur və cinayət təşkil edir.
Yayılan xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq, psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.
Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara qarşı sona qədər gedəcəyik".
Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1623 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr