"Azərbaycanda ilin sonuna inflyasiyanın birrəqəmli olması gözlənilir" - Samir Şərifov
Azərbaycanda 2023-cü İlin sonuna inflyasiyanın birrəqəmli olması gözlənilir.
Sonxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisinin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ölkədə inflyasiyanın səviyyəsi hökuməti narahat edən bir məsələdir və bu barədə Prezidentin xüsusi tapşırıqları olub.
Nazir qeyd edib ki, cari ildə inflyasiyanın bir qədər səngiməsi müşahidə edilir:
"Gələn il isə cari ilin nəticələri ilə müqayisədə inflyasiyanın yarıbayarı olması gözlənilir. Burda təxminən söhbət 5,3 %-lik inflyasiyadan gedir. Azərbaycanda inflyasiyanı yaradan faktorların böyük hissəsi xarici faktorlar idi. Hazırda xarici faktorlarda dəyişikliklər baş verir. O baxımdan idxal inflyasiyanın da enməsi nəticəsində bizdə bu proseslər artıq sabitləşəcək. Dövlət bu təsirlərin yumşaldılması istiqamətində, xüsusən də sosial sahədə bir sıra addım atıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 771 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabr