"Türk dövlətlərinin bir-biri ilə əsl dost, qardaş münasibətlərində olması sevindiricidir"-ŞƏRH
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır.1993-cü ilin iyununda Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra gərgin siyasi fəaliyyəti, qətiyyəti, bacarığı nəticəsində Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoyuldu, sabitlik yaradıldı, dövlətçilik məhv olmaqdan xilas edildi, xarici siyasət strategiyası müəyyənləşdirilərək həyata keçirilməyə başlandı".
Bu sözləri Sonxeber.az-a deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərdən biridir. 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur.
"Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. O, Azərbaycan və türk xalqı arasında qədim zamanlardan bəri dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan bəhs edərək deyirdi: "Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən - əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır".
Türk dövlətləri arasında xarici siyasətlə bərabər iqtisadi münasibətlər də genişlənir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu gün Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Son illər ərzində Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər danılmazdır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Eləcə də həmin dövlətlərin rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər ediblər.
2020-ci ildə Vətən müharibəsi zamanı Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş "prezident seçkiləri"ni tanımadıqlarını bəyan etdilər. Bu da Türk dövlətlərinin bir biri ilə əsl dost, qardaş olmalarının göstəricisidir".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Gələcəkdə yay yarım il davam edə bilər
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK